Əli Əhmədovun oğlu özəl klinikasındakı vəzifəsindən getdi

Əli Əhmədovun oğlu özəl klinikasındakı vəzifəsindən getdi
SOSİAL
15:36 24.02.2026
315
Xəbər verdiyimiz kimi, Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov bir neçə gün əvvəl Nizami Tibb Mərkəzinə baş həkim təyin edilib.
 
Təyinat baş tutan gün Fikrət Əhmədovun Bakıda özəl klinikasının olduğu barədə məlumat vermişdik. Belə ki, o, "Megapol" klinikasının direktoru idi.
 
AZXEBER.COM Unikal-a istinadən xəbər verir ki, Fikrət Əhmədov artıq özünə məxsus "Megapol" klinikasının direktoru vəzifəsindən ayrılıb.

Qeyd edək ki, nizamnamə kapitalı 700 min 100 azn olan "Megapol” klinikası 2019-cu ildən fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR