Əli Əliyev işdən çıxarıldı

Əli Əliyev işdən çıxarıldı
SOSİAL
11:50 17.06.2023
447
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri olmuş Əli Əliyev işdən çıxarılıb.

Bu barədə AZXEBER.COM-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Rəsmi məlumata görə, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb.

"Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb", - QMİ-nin məlumatında vurğulanıb.
OXŞAR XƏBƏRLƏR