Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri ilə görüşdü

Əli Əsədov “DP World” şirkətlər qrupunun sədri ilə görüşdü
SİYASƏT
15:50 21.09.2021
1266
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 21-də "DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşüb.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib. 

Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə edilib.

"DP World” şirkətinin Azərbaycanda nəqliyyat, logistika və digər sahələrdə fəaliyyətinin perspektivləri müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR