Əli Əsədov IFC-nin regional vitse-prezidenti ilə görüşüb

Əli Əsədov IFC-nin regional vitse-prezidenti ilə görüşüb
Siyasət
15:48 19.12.2023
202

Bu gün Baş nazir Əli Əsədov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Avropa, Latın Amerikası və Karib hövzəsi ölkələri üzrə regional vitse-prezidenti Alfonso Qarsia Moranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın Dünya Bankı və Dünya Bankı Qrupuna daxil olan qurumlarla əməkdaşlığa böyük önəm verdiyi bildirilib. Bu baxımdan IFC ilə uzunmüddətli səmərəli tərəfdaşlığın önəmi vurğulanıb. Qeyd edilib ki, ötən müddətdə Korporasiya Azərbaycanda müxtəlif sahələrdə layihələrin həyata keçirilməsinə dəstək verib.

Hazırda Azərbaycan hökuməti üçün prioritet hesab edilən sahələrdə Dünya Bankı, o cümlədən IFC ilə potensial layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Diqqətə çatdırılıb ki, bu layihələr işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, məşğulluğun artırılması, "yaşıl” şəhərlərin yaradılması, Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi, "Bakı Gəmiqayırma Zavodu" MMC-nin fəaliyyətinin genişləndirilməsi, külək enerjisi infrastrukturunun tikintisi və digər istiqamətləri əhatə edə bilər.

Görüş zamanı Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Ötən illərdə Azərbaycanın aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrildiyi bildirilib. Vurğulanıb ki, 2021-ci ildən ölkəmiz Dünya Bankının donoru qismində iştirak edir.

Qeyd edilib ki, ölkədə işgüzar mühitin yaxşılaşdırılması, haqsız rəqabətin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün məqsədyönlü tədbirlər görülür. Eyni zamanda qeyri-neft iqtisadiyyatının inkişafının əsas prioritetlərdən biri olduğu vurğulandı. Bildirildi ki, aqrar sektorda müxtəlif növ güzəşt və kredit mexanizmləri tətbiq edilir. Dövlət-özəl tərəfdaşlığı mexanizmləri vasitəsilə özəl sektorun iqtisadi inkişafda rolunun artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, rəqabətqabiliyyətli iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı, həmçinin dövlət-özəl sektor tərəfdaşlığı layihələrinin təşviqi və dəstəklənməsi IFC-nin Azərbaycan üzrə əsas fəaliyyət istiqamətlərini təşkil edir və ölkəmiz müvafiq sahələrdə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.

Eyni zamanda Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəni sistemli olaraq dəstəklədiyi, enerji səmərəliliyi istiqamətində ardıcıl fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri, o cümlədən "yaşıl enerji” zonasının, ekoloji təmiz nəqliyyatın, "ağıllı” şəhər və kəndlərin yaradılması ilə bağlı layihələr bunun bariz təzahürüdür. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bərpaolunan enerji mənbələrinə investisiyaların cəlb edilməsi, "təmiz enerji”yə keçidin təmin edilməsi Azərbaycanın enerji siyasətinin əsas prioritetləri sırasındadır və bu istiqamətlərdə də səmərəli tərəfdaşlıq üçün yaxşı imkanlar mövcuddur.

Görüşdə Dünya Bankı, o cümlədən IFC ilə qarşılıqlı maraq doğuran bir sıra sahələrdə potensial əməkdaşlıq layihələri nəzərdən keçirilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
16:08 20.09.2025
Goranboyda qadın bıçaqlandı - Keçmiş əri saxlanıldı
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
15:58 20.09.2025
Xankəndi şəhər günü münasibətilə konsert proqramı təşkil edilib
Növbəti köç karvanı Kəlbəcərə çatıb
15:44 20.09.2025
Növbəti köç karvanı Kəlbəcərə çatıb
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
15:41 20.09.2025
"Formula 1” ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
15:20 20.09.2025
Zelenski Trampla Ukraynanın təhlükəsizlik zəmanətlərini müzakirə edəcəyini bildirib
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
14:58 20.09.2025
Ukrayna dronlarının Samara vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR