Əli Əsədov Çinin yeni Baş nazirini təbrik etdi

Əli Əsədov Çinin yeni Baş nazirini təbrik etdi
SOSİAL
17:05 11.03.2023
110
Azərbaycanın Baş naziri Əli Əsədov Li Çiana Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.

Bu barədə AZXEBER.COM-a Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

"Məktubda Li Çiana fəaliyyətində uğurlar arzulanıb, Azərbaycan-Çin münasibətlərinin bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə və daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub", - məlumatda qeyd edilib.
OXŞAR XƏBƏRLƏR