Əli Əsədov Qırğızıstana işgüzar səfərə gedib

Əli Əsədov Qırğızıstana işgüzar səfərə gedib
SİYASƏT
12:33 18.09.2025
152
Sentyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasına işgüzar səfərə gedib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən xəbərə görə, Bişkek şəhərinin "Manas” Beynəlxalq Aeroportunda Əli Əsədovu Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini, iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Bakıt Torobayev, Qırğız Respublikası xarici işlər nazirinin müavini Temirbek Erkinov və digər rəsmi şəxslər qarşılayıblar.
OXŞAR XƏBƏRLƏR