ATƏT başda olmaqla beynəlxalq təşkilatlara Ermənistanda keçirilmiş prezident seçkiləri ilə bağlı verdikləri bəyanatlara görə, ayıb olsun.
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə səfirliyində Xocalı soyqırımına həsr edilmiş tədbirdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriƏli Həsənovdeyib.O bildirib ki, ATƏT-in seçkilərlə bağlı bəzəkli bəyanatından sonra ABŞ Dövlət Departamenti də həmin bəyanatı dəstəklədiyini açqladı.Ə.Həsənov deyib ki, Azərbaycanın dünyada yanında olan yeganə dövlət Türkiyədir. Xocalı soyqırımı məsələsində də bizi Türkiyə dəstəkləyib.O deyib ki, Xocalı soyqırımını törədənlər Sarkisyan, Köçəryan, Qarbaçov bir gün bu cinayətlərinə görə beynəlxalq tribunalda cavab verməli olacaqlar.“Təəssüf ki, vaxtı ilə bunları beynəlxalq tribunala vermək üçün hüquq mühafizə orqanları kifayət qədər material toplaya bilmədilər. Ancaq prosses gedir və ümid edirəm ki, bu insanlar cəzasız qalmayacaq”