Əli Həsənov: "Azərbaycan Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir"

SİYASƏT
16:37 14.10.2019
4368
Azərbaycan dövləti Türkiyəyə Suriyada başlatdığı əməliyyatla bağlı dəstək verir.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar" Bakı beynəlxalq media konfransında deyib.

Ə.Həsənov bildirib ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin ayrıca bəyanatı olub:

"Mənim də bununla bağlı ayrıca şərhim olub. Azərbaycan dövləti bütün haqq işində, sülh istiqamətindəki bütün tədbirlərdə Türkiyənin yanındadır, dəstəkləyir və dəstəkləməkdə davam edəcək".

Ə.Həsənov bildirib ki, Azərbaycanla Türkiyə arasında əlaqələrin təməli sağlam qoyulub: "Ulu öndər Atatürk tərəfindən zamanında bəyan olunan "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" və ümummilli lider Heydər Əliyev tərəfindən səsləndirilən "bir millət, iki dövlət" formulu bu gün bizim bütün sahələr üzrə birliyimizə xidmət göstərir. Tək millətin iki mətbuatı ola bilməz, tək millətin iki diasporu ola bilməz. Biz həm mətbuatımızı, həm diasporumuzu birləşdirməliyik və beynəlxalq aləmdə bizə tuşlanan güclərə qarşı birgə müqavimət göstərməkdə davam etməliyik".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:23 06.07.2020

Xaçmazda məmurun 2 yaşlı övladı hovuzda boğuldu

23:11 06.07.2020

İlham Əliyev: "Aprel döyüşləri heç kimin yadından çıxmasın"

22:47 06.07.2020

Prezident: "Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir"

22:27 06.07.2020

Dövlət başçısı: "Hətta çətin bir dövrdə 30-dan çox ölkəyə yardım göstərmişik"

22:19 06.07.2020

Prezident: "Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir"

22:05 06.07.2020

"Qabaqlayıcı tədbirlərin görülməsi ilə vəziyyəti nəzarətdə saxlaya bildik"

21:45 06.07.2020

Azərbaycan Prezidenti: "Əlavə xəstəxanalara ehtiyac olacaq"

21:31 06.07.2020

Bakının bəzi ərazilərini üfunət iyi bürüyüb

21:27 06.07.2020

ETSN: Qızılağac milli parkında yanğın söndürülüb

21:22 06.07.2020

“Dünən məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir” - Prezident “Fairmont”dan danışdı

20:36 06.07.2020

Gürcüstanda məhdudiyyətlərin tətbiqi ilə bağlı müddət uzadılır

20:04 06.07.2020

Restoran və kafelərdə sıxlıq norması təsdiqləndi - YENİ QAYDALAR

19:40 06.07.2020

İnfeksionist Afət Əkbərova: “Virus aqressiv şəkildə mutasiya edir”

19:02 06.07.2020

Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

19:00 06.07.2020

Hərbi qulluqçunu ələ salıb videoya çəkən şəxs saxlanıldı - Video

18:34 06.07.2020

12 gün süni nəfəs aparatında qalan koronavirus xəstəsi sağalaraq evə buraxılıb - VİDEO