Əli Həsənov: Azərbaycanın inkişaf perspektivləri dünyada cəlbedici əmsala çevrilib

SİYASƏT
21:30 02.12.2013
1104

Milləti tanıtmaq üçün millətin nümayəndələrinin hamısını bəlli sahəyə yönəltmək lazım deyil, onların içərisindən ən yaxşı nümunələri seçmək, ən yaxşı liderlik keyfiyyətinə malik olanları seçmək lazımdır.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezident Admnistrasiyasının ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun bu gün keçirdiyi tədbirdə bildirib.O qeyd edib ki, onların inkişafına ayrıca dəstək verilməlidir, daha rəqabətli vəziyyətə gətirilməlidir və onların vasitəsi ilə də beynəlxalq sistemə çıxmaq lazımdır”.Ə.Həsənov deyib ki, dövlətimizlə fəxr edirik ki, BMT Təhlükəsizlik Şurasının üzvüdür, Azərbaycan olaraq dünyanın iqtisadi, siyasi, sosial, mədəni tədbirlərinin mərkəzinə çevrilib:“Azərbaycan dünyanın ən abad, firavan ölkələrindən birinə çevrilib. Azərbaycanın həm mənəvi dəyərləri, intellekti, həm də inkişaf perspektivləri dünyada cəlbedici əmsala çevrilib. Bizim bütün bu mənəvi, maddi, iqtisadi, sosial, enerji və digər resurslarımız da təkcə Azərbaycan xalqının firavanlığına deyil, bölgənin və dünya ölkələrinin firavanlığına xidmət edir”.Bu gün Azərbaycanda gənclərdən hər biri tələbə olanda tələbələrdən, işləyənlər iş yerindən, siyasi partiyalarda olanlar partiyadan, QHT – lərdə olanlar təşkilatlarından əgər potensialı güclü olan, fərdi inkişaf imkanları geniş olan gənc aşkarlayırsa dərhal onun üçün Gənclər və idman Nazirliyinin imkanlarından istifadə etsin”.O vurğulayıb ki, biz bir gənci liderləşdirməklə sabah o liderin imkanları çərçivəsində dövlətin və millətin bu və ya problemlərini həll edəcəyik:“Bir lider bir dövləti xilas edir, bir xalqın inkişafını təmin edir. Biz hər il beş – on belə lider tapıb, məsələn, idmanda lider, mədəniyyətdə lider, siyasətdə lider, ictimai həyatda lider və sair, onların dövlətin vəsaiti ilə inkişaf etdirmək lazımdır”.PA rəsmisi bildirib ki, bu gün Azərbaycanda dövlət tərəfindən dəstəklənməsinə ehtiyac olan gənclərin sayı maliyyə dəstəyi alan gənclərins sayından qat-qat çoxdur:“İndi neyləmək lazımdır? Təmsil olunan gənclər, təşkilatlar ətrafına baxmalıdır və həmin gənclərin layihələrə cəlb olunmasını asanlaşdırmalıdır. Bunu asanlaşdırmaq ilə daha çox kontingent cəlb edə bilərlər. Əlbəttə qrantların miqdarını da artırmaq olar. Əsas odur ki, heç bir təşəbbüs kənarda qalmasın”. Ə.Həsənov onu da deyib ki, əsas məqsəd dövlət tərəfindən investisiya qoyulası, liderlik qabiliyyəti olan gənci tapmaqdır.

OXŞAR XƏBƏRLƏR