Əli Həsənov: ‘Ümid edirəm ki, Azərbaycan sevgisi ilə qayıdacaqsınız’

Əli Həsənov: ‘Ümid edirəm ki, Azərbaycan sevgisi ilə qayıdacaqsınız’
SİYASƏT
17:56 27.06.2015
1529

İyunun 27-də I Avropa Oyunları Əməliyyat Komitəsində “Bakı-2015”lə bağlı xarici KİV jurnalistlərin müraciəti əsasında “dəyirmi masa” keçirilib.

Tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov xarici jurnalistləri maraqlandıran bir sıra sualları cavablandırıblar.

Xarici KİV-lərin nümayəndələrini ölkəmizdə salamlayan Əli Həsənov deyib:“Siz hər biriniz Azərbaycana müəyyən missiya ilə gəlmisiniz. Missiyanızın təməlində Bakıda gördüklərinizi, eşitdiklərinizi, müşahidə etdiklərinizi, Avropa Oyunlarının ən maraqlı məqamlarını təmsil etdiyiniz ölkənin, dünyanın ictimaiyyətinə çatdırmaqdır. Bu müddətdə siz qarşınıza qoyulmuş tapşırıqları yerinə yetirməklə bərabər Azərbaycanı özünüz üçün kəşf etdiniz. Ümid edirəm ki, öz ölkənizə qəlbinizdə Azərbaycan sevgisi ilə qayıdacaqsınız. Əminəm ki, siz təmsil etdiyiniz ölkələrin xalqları ilə Azərbaycan xalqını birləşdirə, bir-birinə bağlaya biləcək müsbət amilləri də ətraflı işıqlandıracaqsınız”.

Azərbaycanda kifayət qədər müasir idman infrastrukturunun yaradıldığını deyən prezidentin köməkçisi bildirib:“Bu idman infrastrukturları Azərbaycana, Bakıya dünyanın ən mühüm idman tədbirlərinin, o cümlədən olimpiya oyunlarının ölkəmizdə keçirilməsinə imkan yaradır. Ona görə də bu məsələdə Azərbaycanın iddiası heç də digər böyük dövlətlərin iddiasından az deyil. Dövlətin gücü, qüdrəti heç də onun ərazisi və ya əhalisinin sayı ilə ölçülmür. Dövlətin gücü onun iqtisadi-sosial potensialı, milli iradəsi ilə müəyyənləşir. Azərbaycan idman ölkəsidir, tolerantdır. Azərbaycan vətəndaş cəmiyyəti normalarını bərqərar etmiş bir ölkədir. Bütün bunlar gələcəkdə Azərbaycana dünyanın ən mühüm, qlobal idman tədbirlərinə ev sahibliyi etmək imkanını verir”.

Əli Həsənov bildirib ki, Azərbaycan dövləti tərəfindən düzgün seçilmiş strategiya nəticəsində ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi uğurla yerinə yetirilib.

“Azərbaycan ilk neft gəlirlərindən istifadə strategiyasını müəyyən edərkən ölkənin neftdən asılılığının qısa müddətdə azaldılmasının təmin olunması qarşıya əsas vəzifə kimi qoyulmuşdu. Daxili iqtisadiyyatı şaxələndirməklə Azərbaycanın dinamik və davamlı inkişafını təmin etmək yolu seçilmişdi. Bu vəzifəni yerinə yetirmək məqsədilə 2004-cü ildən başlayaraq Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı üç dövlət proqramı qəbul olunub. Birinci proqramın icrasının sonunda artıq məlum oldu ki, Azərbaycanın istehsal etdiyi ümumi daxili məhsulun 65 faizi qeyri-neft sektorunun hesabına formalaşır. Bu, o deməkdir ki, Azərbaycanın büdcə gəlirlərinin də, digər sosial xərclərinin də əsas yükü artıq neft və neft məhsullarının üzərindən götürülüb. Gələcəkdə bu yük daha da azalacaq”- deyə Əli Həsənov bildirib.

Gənclər və idman naziri Azad Rəhimov ölkəmizə və I Avropa Oyunlarına göstərdikləri diqqətə görə xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə minnətdarlığını bildirib. Qeyd edib ki, oyunlarla bağlı müxtəlif suallar daxil olur və buna görə də bir sıra tədbirlər keçirilir.

Azərbaycan prezidenti İlham Əliyevin və “Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bu mötəbər idman tədbirinin yüksək səviyyədə keçdiyini diqqətə çatdıran nazir vurğulayıb ki, bunu ölkəmizə gələn nümayəndə heyətləri də dəfələrlə bəyan ediblər. Bu isə onu göstərir ki, ölkəmiz üzərinə düşən işin öhdəsindən layiqincə gəlib.

I Avropa Oyunlarında idmançılarımızın qazandıqları medalların sayının gözləniləndən də artıq olduğunu söyləyən A.Rəhimov medal sayına görə Azərbaycan komandasının ikinci yerdə qərarlaşmasının sevindirici hal olduğunu vurğulayıb. Bu oyunlar zamanı Azərbaycanda həm də könüllülük məktəbinin yarandığını bildirən nazir deyib ki, 17 min könüllünün gördüyü iş oyunlara dəstək baxımından böyük töhfə oldu. Həmçinin oyunlar zamanı azarkeşlik mədəniyyətimiz də nümayiş etdirildi.

Nazir diqqətə çatdırıb ki, oyunlar üçün inşa edilən arenalar gələcəkdə ölkəmizdə idmanın inkişafına xidmət edəcək. Ümumilikdə Avropa Oyunları üçün inşa edilən və yenidən qurulan idman obyektləri beynəlxalq idman qurumları tərəfindən bəyənilib, ölkəmizdə bir sıra dünya və Avropa əhəmiyyətli yarışların keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb. A.Rəhimov Bakı ilə yanaşı Azərbaycanın regionlarında da müasir idman infrastrukturunun yaradıldığını bildirib. Tədbirdə I Avropa Oyunlarının gündəliyinə əlavə edilən idman növləri və jurnalistləri maraqlandıran digər suallara aydınlıq gətirilib (AZƏRTAC).

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik