“Seçki Məcəlləsində onlayn media məsələsi əksini tapmalıdır. Onlayn mediada fəaliyyət göstərənlər jurnalistdirlər, onlar bu baxımdan məsuliyyət daşıyırlar. Onların hüquqları da digər orqanlardakı jurnalistlər kimi eynidir”.
Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda keçirilən “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə deyib.
Prezidentin köməkçisi qeyd edib ki, qanunlarda onlayn media kütləvi informasiya vasitəsi sayılır: “Onlar qanunu pozursa, dövlət orqanları həmin qanunvericilik çərçivəsində tədbir görür. Bu, Seçki Məcəlləsində də əksini tapmalıdır”.
Report.az