Əli Həsənov: “Qəza törədən şəxsin mənə və ailəmə aidiyyatı yoxdu”

Əli Həsənov: “Qəza törədən şəxsin mənə və ailəmə aidiyyatı yoxdu”
SOSİAL
14:21 26.10.2019
20947
"Görünür, bəzi məmurlar cənab Prezidentin müşavirədəki iradlarını nəzərə almaq istəmirlər”
Baş Nazirin sabiq müavini Əli Həsənovun adı yenidən medianın gündəminə gəlib. Bu dəfə başqa formada. Bizimyol.info saytının yazdığına görə, oktyabrın 24-də Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində 25 yaşlı İlkin Əliyevin idarə etdiyi 90 UU 111 dövlət-nömrə nişanlı "Toyota Camry” yol ayrıcındakı dəmirlərə çırpılaraq aşıb. Nəticədə maşında olan 16 yaşlı Kamran Qasımov dünyasını dəyişib.

Saytın yazdığına görə, qəza törədən şəxs Əli Həsənovun ögey nəvəsidir. Sayt iddia edir ki, İlkin Əliyev Əli Həsənovun oğlu Emin Həsənovun xanımının birinci nikahından olan oğludur. Məlumata görə, İlkin Əliyev hadisə günü Gəncəyə - öz oğlunun ad gününə gedirmiş. Hadisə vaxtı avtomobildə olan və qəzada həyatını itirən 16 yaşlı Kamran İlkinin xalası oğludur.

AZXEBER.COM xəbər verir ki, musavat.com saytının əməkdaşı Əli Həsənovla telefon vasitəsilə əlaqə saxlayıb, ondan sözügedən xəbərə münasibət öyrənib.

Ə.Həsənov xəbərin ona və ailəsinə aid hissəsinin yalan olduğunu deyib: "Mənim və ailəmin İlkin Əliyev ad-soyadlı şəxslə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə yalandır, böhtandır. Bunu qətiyyətlə təkzib edirəm. Oğlumun guya ögey övladının olması və həmin gəncin də yol-nəqliyyat hadisəsi törətməsi barədə xəbərin yazılmasını sifariş hesab edirəm”.

Baş nazirin sabiq müavini daha sonra deyib: "Cənab Prezident oktyabrın 18-də keçirdiyi müşavirədə bəzi məmurları mətbuata sifarişli və qərəzli məlumatlar ötürməkdə ittiham etdi. Cənab İlham Əliyev dedi ki, bəzi vəzifəli şəxslər digər məmurları gözdən salmaq və onların imicini zədələmək üçün mətbuatda yalan, böhtan xarakterli xəbərlər yayırlar. Ölkə başçısı bu fəaliyyəti şantaj adlandırdı. Görünür, bəziləri ölkə başçısının bu iradını hələ də nəzərə almaq istəmir. Öz ərizəmlə vəzifədən çıxmışam, amma baxıram yenə də məndən əl çəkmirlər. Cənab Prezidentin məni qəbul edərkən ünvanıma dediyi o səmimi və isti sözləri, belə çıxır, bəzi məmurlar sinirə, həzm edə bilmirlər. Fürsətdən istifadə edib, sizin sayt vasitəsilə bu adamlara üzümü tutub deyirəm ki, belə ucuz və zərərli fəaliyyətdən əl çəksinlər. Bu işlər sonda onların özləri üçün başağrısına çevriləcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu ərazilərdə qaz olmayacaq
16:29 28.08.2025
Bu ərazilərdə qaz olmayacaq
"Rusiya "Şimal axını" məsələsində bir nəticəyə gəlinməsini istəyir" - Peskov
16:12 28.08.2025
"Rusiya "Şimal axını" məsələsində bir nəticəyə gəlinməsini istəyir" - Peskov
İsrailin Qəzza soyqırımı nəticəsində ölənlərin sayı 63 minə çatır
16:02 28.08.2025
İsrailin Qəzza soyqırımı nəticəsində ölənlərin sayı 63 minə çatır
Daha bir iştirakçı qalmaqallı müsabiqədən danışdı: "Bu əvvəldən belə qurulub, planlanmışdı"
16:00 28.08.2025
Daha bir iştirakçı qalmaqallı müsabiqədən danışdı: "Bu əvvəldən belə qurulub, planlanmışdı"
BMT: Yəməndə leysan yağışları 46500-dən çox insana ziyan vurub
15:59 28.08.2025
BMT: Yəməndə leysan yağışları 46500-dən çox insana ziyan vurub
Qəzzada ölənlərin sayı artdı
15:54 28.08.2025
Qəzzada ölənlərin sayı artdı
"Fənərbaxça" ÇL-də qalib gəlsəydi, 24 milyon qazanacaqdı
15:50 28.08.2025
"Fənərbaxça" ÇL-də qalib gəlsəydi, 24 milyon qazanacaqdı
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
15:49 28.08.2025
Rusiya Ukraynada "Bayraktar" fabrikini vurdu: Milyonlarla ziyan dəydi
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
15:45 28.08.2025
Rusiya Ukraynanın hərbi gəmisini vurub, ölən var
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
15:41 28.08.2025
İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
15:33 28.08.2025
Türkiyədən İsrailə böyük zərbə: "Mossad"ın məğlubedilməzlik mifi sona çatıb
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
15:22 28.08.2025
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat