Əli Həsənov: 'Təkcə Cənubi Qafqazda deyil, bütün Avropa qitəsində sülhün olması zəruridir'

Əli Həsənov:
15:07 06.04.2013
1018

Azərbaycan Avropadan aldığından daha çox bu məkana öz töhfəsini vermək istəyir.

Çünki biz Avropaya vahid ailə kimi baxırıq və Avropaya aktiv töhfəmizi vermək istəyirdik.AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiriƏli Həsənov“New Europe” nəşrinə deyib.“İqtisadiyyat bu töhfənin əsas hissələrindən biridir və biz Avropa ölkələrinə aktiv şəkildə investisiya yatırırıq” - deyə, nəşr Ə.Həsənovun Bakıda “Business Year” jurnalının Azərbaycanın iqtisadi inkişafına həsr olunmuş növbəti nömrəsinin təqdimat mərasimində səsləndirdiyi fikirdən sitat gətirib.Ə.Həsənov “New Europe”ya bildirib ki, Azərbaycan əvvəllər Avropadan sərmayə cəlb etməyə çalışırdı:“Ancaq indi isə biz Avropa iqtisadiyyatına sərmayə yatırırıq və Avropanın enerji təminatında Azərbaycanın artan rolunu görürük”.PA rəsmisi son 10 ildə Azərbaycanda ümumi daxili məhsulun həcminin 5 dəfə, sərmayələrin həcminin isə 10 dəfə artdığını vurğulayıb. Azərbaycanın ən stabil inkişaf edən ölkələrdən biri olduğunu deyən Ə.Həsənov ölkəmizin enerji və qeyri-enerji sektorunun, xüsusilə İKT-nin inkişafında xüsusi rolunu qeyd edib.Ə.Həsənov deyib ki, Azərbaycan son bir neçə ay ərzində Avropa institutlarının diqqətini Dağlıq Qarabağ münaqişəsinə cəlb etməyə çalışıb:“Üç daha nüfuzlu Avropa institutu var – Avropa İttifaqı, NATO və ATƏT. Əlbəttə, Avropa Şurasını da xatırlamaq lazımdır, buna görə də biz bu qurumla sıx əməkdaşlıq edirik. Amma regional təhlükəsizlik baxımından ən nüfuzlu Avropa institutlarından biri NATO-dur. Avropa qitəsi ilə iqtisadi münasibətlərə gəldikdə isə, biz Aİ ilə münasibətlərin inkişafına tərəfdarıq. Təəssüf ki, bu iki beynəlxalq təşkilat Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə aktiv məşğul olmurlar. Biz hesab edirik ki, regional təhlükəsizliyin təminatında bu qurumların potensialı daha böyükdür və onlar bu potensialdan istifadə etməlidir”.Ə.Həsənov Aİ və NATO-nu dondurulmuş münaqişələrin həlli istiqamətində daha mühüm addımlar atmağa çağırıb.“Hesab edirəm ki, onlar Ermənistanı bu regionda sülhün bərqərar olması ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağıra bilərlər. Bu, regionda sülhün bərqərar olmasına və Aİ ölkələrinə enerji resurslarının daha təhlükəsiz şəkildə nəqlinə təsir göstərmiş olacaq. Çünki təkcə Cənubi Qafqazda deyil, bütün Avropa qitəsində sülhün olması zəruridir”.

OXŞAR XƏBƏRLƏR