Əli Həsənov: ‘Trans Anadolu boru xətti ‘Əsrin layihəsi’dir’

Əli Həsənov: ‘Trans Anadolu boru xətti ‘Əsrin layihəsi’dir’
SİYASƏT
02:09 10.04.2015
1080

“İran gələcəkdə öz qazını TANAP vasitəsi ilə Qərb ölkələrinə çatdıra bilər”.

APA-nın “aljazeera.com.tr” saytına istinadən verdiyi məlumata görə, bunu İstanbulda keçirilən XVIII Avrasiya İqtisadi Zirvə görüşündə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Trans Anadolu boru xətti (TANAP) hazırda dünyada həyata keçirilən ən önəmli enerji layihəsidir: “Hazırda TANAP yeganə alternativ enerji qaynağı olan Azərbaycan qazını Avropaya və dünya enerji bazarına çatdıracağı üçün böyük əhəmiyyət daşıyır. Ən azı 60-70 il ərzində ildə 30 milyard kubmetrədək qaz bu xətt vasitəsi ilə Avropa istehlakçılarına çatdırılacaq. Ona görə də TANAP böyük layihədir. Digər tərəfdən Avropa ölkələri ilə ABŞ-ın qonşumuz İran üzərindəki sanksiyaları qaldırılacaq. Fikrimizcə, İran da zəngin təbii qaz ehtiyatlarını gələcəkdə TANAP vasitəsi ilə Qərb ölkələrinə çatdıra bilər. Orta perspektivdə Türkmənistan qazının TANAP vasitəsi ilə Avropaya nəql edilməsi də mümkün ola bilər”.

“Altılıq” ölkələri ilə Tehran arasında əldə olunan razılaşmadan danışan Ə. Həsənov bildirib ki, bu razılaşma bölgəyə müsbət təsir göstərəcək: “İran Qafqaz və Qara dəniz hövzəsinin geostrategiyasını, geosiyasətini və geoiqtisadiyyatını müəyyənləşdirən ən önəmli üç dövlətdən biridir. Biz bu dövlətlərin hər birinin Qərbdəki tərəfdaşlarımızla arasının yaxşı olmasını arzu edirik. Çünki vəziyyət bizi bəzən Avropa, ABŞ, İran, ya da Türkiyə, Rusiya, İran arasında seçim etmək məcburiyyətində qoyurdu. Münasibətlərin yaxşı olması təbii qaz və digər enerji qaynaqları baxımından əlaqələrimizə müsbət təsir göstərər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: Tezliklə Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi həyata keçiriləcək
14:41 23.05.2025
Tramp: Tezliklə Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi həyata keçiriləcək
"Azərbaycanda paylaşıma görə 10-15 min manat alan bloger və influinserlər var"
14:34 23.05.2025
"Azərbaycanda paylaşıma görə 10-15 min manat alan bloger və influinserlər var"
ARB TV-nin canlı yayımında gözlənilməz qonaq - VİDEO
14:17 23.05.2025
ARB TV-nin canlı yayımında gözlənilməz qonaq - VİDEO
Mərdan “qışqıraraq oxuyursan” deyənlərə cavab verdi
14:08 23.05.2025
Mərdan “qışqıraraq oxuyursan” deyənlərə cavab verdi
Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım etdi
14:08 23.05.2025
Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım etdi
Baş rol üçün razılığa gəldilər
13:54 23.05.2025
Baş rol üçün razılığa gəldilər
Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə müsabiqə elan edib
13:41 23.05.2025
Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə müsabiqə elan edib
Bu icra hakimiyyəti orqanlarının səlahiyyəti ləğv edildi
13:34 23.05.2025
Bu icra hakimiyyəti orqanlarının səlahiyyəti ləğv edildi
Aygün Əliyeva: "Yüzlərlə türk şirkəti eyni zamanda və eyni məkanda bir araya gələcək"
13:31 23.05.2025
Aygün Əliyeva: "Yüzlərlə türk şirkəti eyni zamanda və eyni məkanda bir araya gələcək"
"Məktəblərdə şagirdlərin saç düzümü, geyimi diqqətdə saxlanılmalıdır" - Deputat danışdı
13:28 23.05.2025
"Məktəblərdə şagirdlərin saç düzümü, geyimi diqqətdə saxlanılmalıdır" - Deputat danışdı
Məşhur aktrisa qəzzalı uşağa himayədar olacaq
13:24 23.05.2025
Məşhur aktrisa qəzzalı uşağa himayədar olacaq
Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA
13:23 23.05.2025
Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA
Qazdıqları xəzinə quyusu ölümlərinə səbəb oldu
13:12 23.05.2025
Qazdıqları xəzinə quyusu ölümlərinə səbəb oldu
Dövlət Gömrük Komitəsindən Mehinin şikayəti ilə bağlı açıqlama
13:10 23.05.2025
Dövlət Gömrük Komitəsindən Mehinin şikayəti ilə bağlı açıqlama
TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub - FOTOLAR
13:06 23.05.2025
TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub - FOTOLAR
Kibariye Qrammi mükafatlı ispan müğənni ilə yenidən konsert verəcək
13:04 23.05.2025
Kibariye Qrammi mükafatlı ispan müğənni ilə yenidən konsert verəcək