Əli Həsənovun çıxışı İranı təşvişə salıb - VİDEO

Əli Həsənovun çıxışı İranı təşvişə salıb - VİDEO
14:02 04.06.2012
2461
Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun ötən həftə verdiyi açıqlamalar İran mollalarını narahat edib.
Qeyd edək ki, PA rəsmisi İran ruhaniyyətinin Azərbaycana təzyiqlərinin yolverilməz olduğunu bildirmiş və “İrana deyirik ki, sənin dinin də, ruhaniyyətin də saxtadır. Biz bunu qəbul etmirik” deyə əlavə etmişdi. Bu çıxışdan sonra molla rejimi daxilində İranın Azərbaycana yönəlik arqessiv siyasətini tənqid edənlərin sayı artıb. İranda islahatçılara yaxınlığı ilə tanınan azərbaycanlı ruhani ayətullah Əbdülkərim Musəvi Ərdəbili mayın 31-də Qum şəhərində etdiyi çıxışında İranda islam inqilabının əvvəlki hədəflərindən yayınmasına toxunaraq rəsmiləri xalqdan üzr istəməyə çağırıb. Musəvi Ərdəbili deyib ki, bəzi işlərə və əməllərə və həmin əməllərin nəticələrinə baxanda nigaran olur, fikirləşirəm ki, bəlkə öz vəzifələrimizi düzgün yerinə yetirməmiş, hansısa xəta və qüsura yol vermişik. Vaxtilə mübarizə aparıb fədakarlıq edən dostlarımız indiki vəziyyətdən daha yaxşısını arzulayırdılar. Bu gün isə fikirləşirəm ki, bəlkə də sabah Allahın, haqq sahiblərinin və bu xalqın qarşısında xəcalətli qalıb başıaşağı olacağıq. Beşgünlük dünyadır və mən bu yaşımda, bu vəziyyətimdə bu haqda sizdən çox fikirləşməli oluram.
Ərdəbili deyib ki, ola bilsin ki, biz öz borcumuzu layiqincə yerinə yetirə bilməmişik və ya səhvə yol verib bəzi şeylərə başısoyuq yanaşmışıq: “Əgər belədirsə, şəxsən birbaşa mənim adımla bağlı olan bütün çətinliklərə və çatışmazlıqlara görə hamıdan üzr istəyirəm. Ürəyimiz istəyirdi və hələ də istəyir ki, xalqımızın başıuca olsun, cəmiyyətimizdə əxlaq və iman hakim olsun. İnsanlarımız da yaxşı səviyyədə yaşasınlar”. Maraqlıdır ki, Əli Həsənovun İran ruhaniyyətinin iç üzünü açması, onun xalqa, millətin maraqlarına deyil, bir qrupun mənafeyinə xidmət etdiyini deməsi İranda maraqla qarşılanıb. Molla rejiminin keçirdiyi qeyri-rəsmi sorğuda “Kimi İran prezidenti görmək istəyirsiniz” sualına əksəriyyət “Əli Həsənov” cavabını yazıb. Hesab olunur ki, Əli Həsənovun İran xalqı arasında populyarlığının artması son 30 ildə heç kimi cürət edib demədiyini dilə gətirməsi, molla hakimiyyətinin əsil simasını açıb göstərməsi ilə bağlıdır.
OXŞAR XƏBƏRLƏR