Əli Həsənovun məqaləsi xarici KİV-lərdə geniş maraq doğurub

Əli Həsənovun məqaləsi xarici KİV-lərdə geniş maraq doğurub
Siyasət
14:10 15.10.2018
2829

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun "On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsi xarici KİV-lərdə geniş maraq doğurub.

AZƏRTAC xəbər verir ki, "Rossiya-Onlayn” internet saytı və "Rossiya segodnya” Beynəlxalq İnformasiya Agentliyinin "Rossiya dlya vsex” şəbəkə nəşri, İordaniyanın tanınmış "orobanews” nəşri, Misirin nüfuzlu "AsiyaalYoum” qəzeti Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 15 ildə bütün sahələrdə qazandığı möhtəşəm uğurlar haqqında Əli Həsənovun məqaləsinə yer veriblər.

Əli Həsənovun məqaləsində deyilir ki, İlham Əliyev prezidentliyinin 15 ili ərzində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vətəndaş həmrəyliyi platformasına söykənərək daxili ictimai-siyasi sabitliyi daha da möhkəmləndirib, əhalinin təhlükəsizliyini, insanların əsas hüquq və azadlıqlarını, ölkənin əmin-amanlığını təmin edib, vətəndaşların rifah halının getdikcə yüksəlməsinə nail olub. "Hazırda tərəddüd etmədən söyləmək olar ki, daxili milli-vətəndaş birliyi, hakimiyyətin yürütdüyü siyasətin geniş əhali tərəfindən dəstəkləməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır”, – deyə müəllif qeyd edir.

Məqalədə vurğulanır ki, daxili inkişaf parametrləri – makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial və mənəvi təminat sisteminin dinamikası, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və s. üzrə də Azərbaycan son 15 ildə region ölkələri içərisində birinci üçlükdə öz yerini möhkəmləndirib.

Müəllif yazır: "Prezident İlham Əliyevin milli maraqlara söykənən xarici siyasəti nəticəsində Azərbaycan müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınıb, onun beynəlxalq nüfuzu getdikcə yüksəlib. 2011-ci ildə Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilib. 2019-2022-ci illər Azərbaycan Respublikasının Hərəkata sədrlik dövrüdür. Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub və müvafiq sənədlər imzalayıb”.

Məqalədə Azərbaycanın iqtisadi sahədə uğurlarından ətraflı bəhs edilir və vurğulanır ki, 15 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə artıb. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilib.

Xarici KİV-lər Əli Həsənovun məqaləsinə istinadən vurğulayırlar ki, son 15 ildə Azərbaycanda demokratik təsisatların möhkəmlənməsi, siyasi plüralizmin təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilib. Ölkədə azad, şəffaf və demokratik şəraitdə keçirilən seçkilərdə fəal iştirak edən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il büdcədən vəsaitlər ayrılır. Bu isə Azərbaycanda siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin formalaşdığını göstərir.

Azərbaycan Prezidenti köməkçisinin məqaləsində xüsusi qeyd edilir ki, dövlət və cəmiyyət həyatının bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən 15 il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
00:55 09.08.2025
Tarixi Zəfərdən tarixi Sülhə - İlham Əliyev tarix yazır!
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
00:53 09.08.2025
Paşinyan: Ermənistan və Azərbaycan fundamental bir mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
00:43 09.08.2025
Azərbaycan Prezidenti: Ermənistanla tarixin qaranlıq səhifəsini çevirməyin vaxtıdır
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
00:42 09.08.2025
"Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında xartiya bir neçə ay ərzində hazırlanacaq"
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
00:40 09.08.2025
Ağ Ev rəhbəri: Qarşıdan Rusiya ilə bağlı böyük həftəsonumuz var
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi