Əli Həsənovun nəvəsi ilə ötüşən “Maqa” azadlığa çıxıb

Əli Həsənovun nəvəsi ilə ötüşən “Maqa” azadlığa çıxıb
SOSİAL
11:41 09.09.2017
3425

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin törətdiyi avtomobil qəzasından sonra həbs edilən şəxs azadlığa çıxıb. Qəzadan əvvəl lüks avtomobili ilə "Qaçqınkom”un nəvəsi ilə ötüşən Mirməhəmməd İsmayılov 30 sutkalıq həbs cəzasını başa vurub.

Musavat.com-un əldə etdiyi məlumata görə, qəzadan əvvəl Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mercedes-Gelandawagen” markalı avtomobillə Heydər Əliyev porospektində ötüşən "Mazda” markalı 99 FS 777 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılov barəsində seçilmiş inzibati həbs müddəti başa çatıb.

Avqsutun 7-də həbs edilən M.İsmayılovun 30 sutkalıq inzibati həbs müddəti sentyabrın 5-də başa çatıb və o, azadlığa buraxılıb. 
"Mazda” avtomobilinin sahibi Mirməhəmməd İsmayılov "Maqa” ləqəbi ilə tanınırmış. O, Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

Картинки по запросу maqa 777 ötən

Bildirək ki, bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.

Qəzanı tördən şəxs Əli Həsənovun nəvəsi olub. Qəza zamanı Nail Allahverdiyevin yanında olan sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib. 

Hadisə yerində dünyasını dəyişənlərdən biri isə piyada Vaqif Əsədov olmuşdu. O, yol kənarında hərəkət edərkən Nail Allahverdiyevin idarə etdiyi maşının altında qalaraq dünyasının dəyişmişdi.

naıl.png (584 KB)

Yaralanan iki nəfər isə Türkiyə vətəndaşları idi. Ər-arvad olan şəxslər müalicə üçün Türkiyəyə yola salınıb. Onlar Türkiyənin keçmiş prezidenti Abdullah Gülün qohumlarıdır.

Rəsmi məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı sükan arxasında 1994-cü il təvəllüdlü Nail Allahverdiyevin olması təsdiqini tapıb. Daha sonra onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nail Allahverdiyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasına saxlanılır.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu