Əli Hüseynli: "Azərbaycanda nəinki mükəmməl seçki qanunvericiliyi, həm də qabaqcıl seçki təcrübəsi mövcuddur"

Əli Hüseynli: "Azərbaycanda nəinki mükəmməl seçki qanunvericiliyi, həm də qabaqcıl seçki təcrübəsi mövcuddur"
SİYASƏT
16:02 22.10.2018
3906

 Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin müsahibəsini təqdim edirik:

- Əli müəllim, 2000-ci illərin əvvəllərində parlamentdə ən çox dilə gətirilən məsələlərdən biri də parlamentdə prezidentin daimi nümayəndəliyi institutunun yaradılması, yəni, qanunların daha tez hazırlanıb müzakirələrə təqdim edilməsi, irad, təkliflərin daha tez nəzərə alınması baxımından, daimi nümayəndənin parlamentdə olması, əyləşməsi məsələsi idi. Necə hesab edirsiniz, bu məsələyə qayıdıla bilərmi, onun reallaşdırılması mümkündürmü?

- Sizin də söylədiyiniz kimi, belə bir təklif çoxdan səslənmişdi. O zaman buna ehtiyac görülməmişdi, indi də ehtiyac görmürük. Azərbaycan parlamentinin iş üslubu uzun illərdir formalaşıb və kifayət qədər effektivdir. Bu effektivliyin əsas səbəblərindən biri də Milli Məclisin digər qanunvericilik subyektləri ilə səmərəli əməkdaşlığıdır.

Qanunların böyük əksəriyyəti cənab prezident tərəfindən təqdim olunur. Parlamentdə çoxluq hakim partiyanın üzvləridir. Təcrübə və müzakirələr onu göstərir ki, hakim partiya üzvləri, belə demək mümkünsə, elə prezidentin nümayəndələri qismində çıxış edirlər. 

Prinsipial fundamental məsələlərlə bağlı isə qanunların ictimai müzakirəsi və yaxud komitə iclaslarında Prezident Administrasiyasının nümayəndəsi də ehtiyac olduqda iştirak edərək müzakirələrə qatılır. Bundan başqa, təkliflər, əlavələr və düzəlişlər qanunvericilik subyekti ilə bu halda Prezident Administrasiyası ilə razılaşdırılaraq edilə bilir. Yəni demək istəyirəm ki, xüsusi olaraq prezidentin daimi nümayəndəliyi institutunun yaradılması zərurəti mövcud deyil.

- Yeri gəlmişkən, cəmiyyətdə paradoksal bir vəziyyət, birmənalı olmayan yanaşma mövcuddur. İnsanlar həm bəzi qanunsuzluqlar, pozuntularla, hüquqpozmalarla bağlı, xüsusilə cərimələrin artırılmasının tərəfdarı kimi çıxış edirlər, bu məsələlər reallıqda həllini tapanda isə ondan, cərimələrin miqdarının çoxluğundan şikayətlənirlər. Bu məsələdə "qızıl orta” tapmaq mümkündürmü?

- Cərimələrin məqsədi fiziki və hüquqi, o cümlədən vəzifəli şəxsləri hər hansı bir hüquqpozmadan çəkindirməkdir. Bu baxımdan, cərimə məbləğini bu subyektlər tərəfindən onların ödəmə qabiliyyəti ilə müqayisə etmək düzgün deyil. Hesab edirəm ki, bu məsələdə qanunvericilik söylədiyiniz "qızıl orta”nı bir çox məsələlərdə müəyyən edib. Amma ictimai münasibətlərdən asılı olaraq, yeni yaranan hüquqpozmaların cərimə miqdarlarının artırılması ilə bağlı bəzən yeni təkliflər daxil olur.

- Komitəniz tərəfindən yaxın zamanlarda ictimai dinləmələrin keçirilməsi gözlənilirmi? Səhv etmiriksə, DYP  ilə birgə dinləmələrin keçirilməsi nəzərdə tutulurdu.

- Dövlət Yol Polisi - ümumiyyətlə, hüquq mühafizə orqanları millət vəkillərinin müraciətlərinə həmişə diqqətlə yanaşırlar. Dövlət Yol Polisi ilə bağlı qaldırılan məsələ işçi qaydasında sonradan həllini tapdı.

O ki qaldı qanunların ictimai müzakirəsinə, bu, artıq bizim həm də bir öhdəliyimizdir. Bunu "İctimai iştirakçılıq haqqında” qanun tələb edir. Yəni, cəmiyyət üçün maraq kəsb edən qanunlar və yaxud qanuna əlavə düzəlişlər ictimai müzakirəyə çıxarılmalıdır. Bununla bağlı yaxın günlərdə Milli Məclisin Nizamnaməsinə dəyişiklik komitəmizin müzakirəsinə çıxarılacaq. 

- Əli müəllim, qarşıdan növbəti bələdiyyə və parlament seçkiləri gəlir. Bununla bağlı seçki qanunvericiliyinə, Seçki Məcəlləsinə ciddi dəyişikliklərin edilməsi baş verə bilərmi? Parlamentin payız plenar iclaslarından birində Siyavuş Novruzov bu barədə məsələ qaldırmışdı...

- Bilirsiniz ki, artıq 15 ildir Seçki Məcəlləsi qəbul olunub və ilk dövrlər milli seçki təcrübəsindən irəli gələn və beynəlxalq təşkilatların bir sıra tövsiyələrini nəzərə almaqla, məcəlləyə əlavələr və dəyişikliklər edilmişdi. Hazırda Azərbaycanda nəinki mükəmməl seçki qanunvericiliyi, həm də qabaqcıl seçki təcrübəsi mövcuddur. Bu baxımdan, Seçki Məcəlləsinə hər hansı bir ciddi dəyişikliyin edilməsi gözlənilmir. /// oxu.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
12:43 14.10.2026
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
12:33 14.10.2026
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
12:22 14.10.2026
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
12:10 14.10.2026
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
12:00 14.10.2026
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
11:55 14.10.2026
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
11:51 14.10.2026
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
11:39 14.10.2026
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
11:33 14.10.2026
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
11:19 14.10.2026
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
11:17 14.10.2026
“Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır”
"Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub"
10:57 14.10.2026
"Qarabağ və Şərqi Zəngəzurda 600 hektar meşə fondu bərpa olunub"
Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib
10:54 14.10.2026
Dövlət başçısı: 300 min hektardan çox ərazi minalardan və partlayıcı sursatdan təmizlənib
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
10:49 14.10.2026
9 nəfər Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
10:45 14.10.2026
İran və Türkiyədən informasiya hücumlarını qətiyyətlə pisləyirik - Açıqlama
Tramp Qrenlandiyada genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlandığını bildirib
10:34 14.10.2026
Tramp Qrenlandiyada genişmiqyaslı geoloji kəşfiyyat işlərinə başlandığını bildirib