Əli Hüseynli: "Radikal müxalifətin “mitinq” keçirmək məqsədi iğtişaş yaratmaq və..."

SİYASƏT
14:23 01.02.2019
2867

"Radikal müxalifətin "mitinq" keçirmək məqsədi nə Məhəmməd Əmin Rəsulzadənin, nə də 20 Yanvar şəhidlərini anmaqdır. Onların məqsədi iğtişaş yaratmaq, ictimai-siyasi sabitliyi pozmaqdır".

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Ə.Hüseynli bildirib ki, 2008-ci ildə "Sərbəst toplaşmaq haqqında" qanuna bununla bağlı dəyişiklik edilib və bu dəyişikliklər qanunsuz toplaşmaqla bağlı halların qarşısının alınmasına xidmət edir:

"Hüquq mühafizə orqanları da asayışı pozmaq istəyənlərlə bağlı məsələnin öhdəsindən gəlir. Bunda başqa, 2016-cı ilin payız sessiyasında Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən, internetdə saxta profillərdən istifadə edənlər üçün cəza tədbirləri müəyyənləşib. Hətta burada saxta profil istifadəçilərinə qarşı azadlıqdan məhrumetmə cəzası da tətbiq edilib. Lakin təcrübə göstərir ki, dəyişiklilərin tətbiqi ilə bağlı müəyyən boşluqlar var. Buna görə də qanunvericiliyə yenidən baxmağa ehtiyac var".

Ölkə prezidenti İlham Əliyevin və Birinci vitse-prezdent Mehriban Əliyevanın şəhid ailələri ilə görüşünün xalqımız tərəfindən yüksək qəbul olunduğunu deyən komitə sdəri söyləyib ki, buna baxmayaraq radikal müxalifət internetdə şəhid ailələrini təhqir edir, dövlət başçısı ilə görüşmələrinə görə onları qınayırlar:

"Xalqımız bilməlidir ki, həmin şəxslər hakimiyyətə müxalif deyillər, onlar xalqa və Azərbaycan dövlətinə nifrətlə yanaşırlar. Əgər onlar zamanında öz yaşadıqları ərazini qoruya bilsəydilər, bu qədər şəhid verməzdik. Naxçıvan blokadada olsa da, ulu öndər Heydər Əliyev oranı qorudu. Lakin bu insanlar heç öz kəndlərini belə qoruya bilmədilər".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:50 24.10.2021

Rusiyada içki məclisində qumbaranın parlaması nəticəsində bir nəfər ölüb

23:32 24.10.2021

Füzuli aeroportundan son görüntülər - VİDEO

23:19 24.10.2021

Azərbaycanda tanınmış folklorşünas alim vəfat edib - FOTO

23:09 24.10.2021

Ağstafada 16 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

22:57 24.10.2021

Bakıda ikimərtəbəli evdə yanğın olub

22:03 24.10.2021

Somalidə hərbçilərlə yaraqlılar arasında toqquşmalar zamanı 30 nəfər ölüb

21:33 24.10.2021

"Ərdəbildən Azərbaycana dəmir yolu xətti çəkiləcək”

21:13 24.10.2021

Rövşən Məmmədov: "Azərbaycan Türk Şurasının mediaforumunda təkliflər irəli sürüb"

20:58 24.10.2021

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO

20:52 24.10.2021

Əfqanıstanda İŞİD-in 50 üzvü hakimiyyət orqanlarına təslim olub

20:40 24.10.2021

Metroda tutulan koronavirus xəstəsi: “Hava almağa çıxmışdım” - FOTO

19:16 24.10.2021

İsveçdə qətlə yetirilən soydaşımızın cənazəsi Azərbaycana gətiriləcək

18:51 24.10.2021

Türkiyə DİN-dən əməliyyat: 813 nəfər axtarışda olan şəxs saxlanıldı, 19 itkin düşmüş şəxs tapıldı

18:33 24.10.2021

Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında çıxış edəcək

17:34 24.10.2021

Bakıda dəhşətli hadisə: Məşhur bloqqer intihar etdi - FOTO

17:06 24.10.2021

Azərbaycanda ilk dəfə Zəfər Tibb Simpoziumu keçiriləcək