“Əli İnsanovun Avropa dəyərlərindən danışması ikrah hissi doğurur” - Əli Hüseynli

“Əli İnsanovun Avropa dəyərlərindən danışması ikrah hissi doğurur” - Əli Hüseynli
SİYASƏT
19:44 04.05.2019
9573
"Vaxtı ilə Əli İnsanov kimi korrupsioner, insan hüquqlarını pozan, rəhbərlik etdiyi nazirliyi qəbilə üsulları ilə idarə etmiş şəxsin vəzifədən kənarlaşdırılması xalq tərəfindən rəğbətlə qarşılanıb"

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli keçmiş səhiyyə naziri və məhkum Ə.İnsanovun mətbuata söylədiyi fikirlərə münasibət bildirərkən deyib. 

Komitə sədri deyib ki, Prezident İlham Əliyevin kadr siyasətinin üstünlüyü, fərqi ondadır ki, kimliyindən asılı olmayaraq dövlətə və xalqa xəyanət etmiş, korrupsiyaya qurşanmış məmurları komandadan uzaqlaşdırır. 

Ə. Hüseynli bildirib ki, İnsanov Azərbaycan Prezidenti İlham Əliyevin onun ağır cinayətlərini bağışlayaraq əfv etməsini heç digər adi cinayət törətmiş şəxslər qədər də adekvat dəyərləndirmək qabiliyyətini nümayiş etdirə bilmədi. 

O, həmçinin bidirib ki, İnsanovun fikirləri ilk baxışdan ancaq İlham Əliyev hakimiyyəti dövrünün tənqidinə yönələn görüntü yaratmağa cəhd olsa da, mahiyyətcə Heydər Əliyev siyasətinə böyük xəyanətdir: "Onun yaratmaq istədiyi birliyin bir adı ola bilər: riyakarlar və xəyanətkarlar təşkilatı. Yəqin ki, qruplaşmağa ümid etdiyi müxalifət də özünə hörmət edirsə belə xəyanətkarı qəbul etməz”. 

Komitə sədri keçmiş nazir-məhkumun Azərbaycan hakimiyyətinin Qərb ilə münasibtlərinin tənqidinə yönələn çıxışna cavab olaraq deyib ki, bununla onun bir vaxtlar hökumətin üzvü olduğu vaxt xarici siyasətdən bixəbər olması məlum olur: "Azərbaycan Ulu öndər Heydər Əliyevin prezident olduğu dövrdən Qərb təsisatları ilə əməkdaşlıq edir, dövlət quruculuğunda Avropa ilə sıx münasibətlər sərgiləyir. Bu siyasət bu gün də yüksələn xətt ilə davam edir. Təkcə ABŞ prezidentləri ilə cənab prezident İlham Əliyevin bir sıra görüşləri və müzakirələri buna olan subutlardan biridir. İnsanovun Avropa dəyərlərindən danışması isə ikrah hissi doğurur. Onun vaxtı ilə nazir olaraq hüquqların tapdaladığı şəxslər məhz Avropa İnsan Haqları üzrə Məhkəmənin qərarları ilə hüquqları bərpa olunsa da, elə İnsanov özü buna məhəl qoymayıb ”. 

Ə. Hüseynli bildirib ki, İnsanovun çağırışları ölkədə intiriqaya, xaosa birbaşa təhrikdir və bu, insanlarda ikrah doğurur: "İnsanlar onu yaxşı tanıyr. O vaxtı ilə hakim komandada təmsil olunduğu vaxtda da nəinki ictimaiyyət arasında, həmkarları arasında da kinli bir intiqirant kimi mənfi imici ilə fərqlənib". 
 
///Azvision.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
15:52 25.06.2026
“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirildi - FOTOLAR
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
15:47 25.06.2026
Azərbaycan universitetləri beynəlxalq reytinqlərdə uğurlarını davam etdirirlər
FHN Aqşin Fatehin restoranını bağladı
15:43 25.06.2026
FHN Aqşin Fatehin restoranını bağladı
Prezident bu ölkədəki səfiri geri çağırdı
15:19 25.06.2026
Prezident bu ölkədəki səfiri geri çağırdı