“Əli Kərimli haqqında dediyim müsbət fikirlərdən imtina edirəm”

“Əli Kərimli haqqında dediyim müsbət fikirlərdən imtina edirəm”
SİYASƏT
14:53 01.12.2014
897
“İş o yerə gəlib çatıb ki, Əli Kərimli artıq mənim onun haqqında 2003-cü ildə həbsxanadan yazdığım və kitaba saldığım müsbət qeydləri belə şantaj alətinə çevirir. Mən artıq bəyan edirəm ki, Əli Kərimli haqqında nə vaxtsa dediyim bütün müsbət fikirlərdən imtina edirəm, o fikrilərin hər birinin qabağına “na” sözü əlavə edirəm. Bəyan edirəm ki, bu adam Azərbaycan siyasətinin qara yarasıdır. Onu ancaq amputasiya əməliyyatı edib, götürmək lazımdır. Yoxsa Azərbaycan siyasəti heç zaman dinclik və mənəvi dəyər qazanmayacaq. O yerdə ki, Əli Kərimli var, orada çirklilik, şantaj, rüşvət və reketlik var. Media gücündən istifadə edərək, iqtidar məmurlarından rüşvət alan birisinin özünə siyasi lider, demokrat deməsi qeyri-mümkündür və mən bu adamın ifşası üçün mümkün olan hər şeyi edəcəyəm”
Bunu APA-ya açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və funksionerləri ilə yaranan qalmaqala münasibət bildirərkən deyib.
R.Arifoğlu bildirib ki, Ə.Kərimli və AXCP təxminən 17 ildir ki, “Yeni Müsavat” qəzeti ilə savaş halındadır. Onun sözlərinə görə, uzun müddətdir davam edən söz atışması artıq pik həddinə çatıb: “Arada müəyyən fasilələr, yaxınlaşmalar olub, lakin yenidən bu cür toqquşmalar davam edib. İndi həmin toqquşmaların və mənəvi terror prosesinin pik həddini yaşayırıq. Bir partiya lideri ilə müstəqil qəzetin redaktoru və kollektivi arasında söz atışması gedir. Buna onlar başlayıblar, daha çox ağır ittihamlar irəli sürürlər. Sosial şəbəkələrdə hətta bizim valideynlərimizi belə təhqir etməkdən çəkinmirlər. Biz isə hər kəsin valideyninə cansağlığı, ölənlərə rəhmət arzulayaraq, özlərinin yazdıqlarına cavab veririk”.
R.Arifoğlu Musavat.com saytının rus dili versiyasında belə AXCP-ni tənqid etməsi barədə ittihamlara da münasibət bildirərək, bu cür ittihamları gerilikçi düşüncənin məhsulu kimi dəyərləndirib: “Bildiyiniz kimi, saytın rus dilində versiyası fəaliyyət göstərir və Azərbaycan dili versiyasında nə çap olunursa, onun bir qismi bacardığımız qədər rus dili versiyasında da yayılır. Buna görə də kimisə artıq rus dilində tənqid edirik demək gerizəkalılıqdır”.
Onun sözlərinə görə, AXCP sədri müxalifət düşərgəsinə tam sahib olmaq üçün “Yeni Müsavat” qəzetini sıradan çıxarmağa çalışır. R.Arifoğlu qeyd edib ki, burada məqsəd həm də Müsavat Partiyasının parçalanmasıdır: “Əli Kərimli hesab edir ki, “Yeni Müsavat” qəzeti onun müxalifət düşərgəsinə tam və şəriksiz sahiblənməsi üçün yeganə baryerdir. Hətta bizdə dəqiq məlumat var ki, bu barədə onun yaxın ətrafında müzakirələr gedib. Məhz bu sahiblənmənin önünü kəsən qüvvəni sıradan çıxarmaq üçün bir hücum başlanıb. Hətta Əli Kərimlinin özü və yaxın çevrəsi bildiriblər ki, Müsavat Partiyası problemlər içində olduğundan artıq rəqib deyil, “Yeni Müsavat” qəzeti olmasa, Müsavat Partiyasının parçalanması, narazı kəsimin AXCP tərəfə cəlb edilməsi və partiyanı tamamilə zəiflədərək, müxalifət düşərgəsində təşəbbüsün ələ alınması mümkün olar. Məhz bu səbəbdən də bizim qəzetə və şəxsən mənə qarşı hücum var, mənəvi terror mühiti yaşayırıq. Mən bu cür vəziyyətə etiraz edirəm, bu demokratiya, azadlıq deyil. Mən artıq kimin kim olduğunu cəmiyyətə göstərmək niyyətindəyəm ki, Əli Kərimli və onun timsalında olan funksionerlər, müxalifət təmsilçiləri demokrat deyil, şantajçıdırlar. Bu adamlar Azərbaycan milli azadlıq hərəkatının yeganə uğurlu layihəsi, müstəqil qəzet olan və qəzetçilər tərəfindən idarə olunan bir qəzetə hücum edirlər və onu sıradan çıxarmaq istəyirlər”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”