‘Əli Kərimli prezident seçilsə, Azərbaycan dünyada biabır olacaq’ - Elman Türkoğlu

SİYASƏT
17:27 06.06.2013
4040
“Qurum Rusiyanın Azərbaycana müdaxiləsinə şərait yaradır”.
“AXCP müxalifət qüvvələrinin təmsil olunduğu Milli Şuranın prezident seçkilərində vahid namizədlə təmsil olunmasınınn tərəfdarıdır”. Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib. F.Qəhrəmanlının sözlərinə görə, Əli Kərimli müxalifətin vahid namizədi ola bilər.
KXCP üzvüElman Türkoğluhesab edir ki, Əli Kərimli həm Kremlin, həm də rus KQB-sinin agenti olub, bu gün də gizli şəkildə Rusiya və İrana işləyir. E.Türkoğlunun sözlərinə görə, Fuad Qəhrəmanlı Milli Şurada Əli Kərimlinin namizədlik təklifini irəli sürmək üçün müəyyən adamlardan tapşırıq alıb. F.Qəhrəmanlı Milli Şura üzvlərinə Əli Kərimlinin vahid namizəd olması təklifini verməkdə çox böyük səhv edib: “Çünki Əli Kərimlidən prezident olmaz, ona görə ki, bu adam dəfələrlə Əbülfəz Elçibəyə xəyanət edib və əli də müəyyən qüvvələrin cibindədir. İctimai Palatada olduğu kimi Əli Kərimli Milli Şurada mənəm-mənəmlik etmək istəyir. Konkret olaraq bu adam Milli Şuranı da İctimai Palata kimi dağıtmaq istəyir. AXCP sədrinin dövlət başçısı olmaq üçün həm savadı yoxdur, həm də ki, qətiyyəti çatmır. Əli Kərimli prezident seçilsə, Azərbaycan dünyada biabır olacaq, ölkə pis günə qalacaq və xalq 90-cı illərin anarxiyasına şükür edəcək. Əli Kərimlini Milli Şurada kim dəstəkləyəcək? – Heç kim! Milli Şura da Rusiyanın Azərbaycanı işğal etmək üçün növbəti təxribat layihəsidir. Kreml Rüstəm İbrahimbəyov və Əli Kərimli kimi adamlarla Azərbaycanı işğal etmək istəyir. Milli Şura fəaliyyətini artırsa və Rusiya quruma lazım olan dəstəyi versə, “Ərəb Baharı”nın növbəti dalğası Azərbaycanı vuracaq.
Digər tərəfdən Rüstəm İbrahimbəyov Milli Şura vasitəsilə özünü reklam etdirir. Necə ki, vaxtilə müxalifətin “Bizim Azərbaycan”, “Qarabağ”, “Azadlıq” və “Sitsu” kimi blokları seçkilərdə məğlub olaraq dağıldı, Milli Şura da sələflərini taleyini yaşayacaq. Birmənalı şəkildə qurum daxilindəki mənəm-mənəmlik Milli Şuranı parçalayacaq. Qurum Rusiyanın Azərbaycana müdaxiləsinə şərait yaradır. Bir tərəfdən də Azərbaycan müxalifəti birləşmək istəyirsə, Əli Kərimlini öz sırasından silməlidir. Çünki bu adam neçə illərdir ki, sırf müxalifətin parçalanması üçün çalışır. Əli Kərimli öz adamlarını xarici dövlətlərdə yerləşdirmək üçün onları “polis”lərlin adından döydürtdürür. Sonra AXCP həmin adamlar üçün Əli Kərimliyə lazım olan xarici dövlətlərdən sığınacaq istəyir. AXCP də həmin adamlar tərəfindən yerləşdikləri xarici dövlətlər tərəfindən maliyyələşir. Əgər müxalifət bu ildə seçkilərdə nəticə əldə edə bilməsə, müxalifət 2014-cü ildə Azərbaycan siyasətindən silinəcək. Çünki yeni bir qüvvə yaranır. Yaranan Azərbaycan türk gəncliyi müxalifətə heç bir şans verməyəcək. Mən müxalifətə təklif edirəm ki, onlar Əli Kərimli kimi agentlərin yox, KXCP sədri Mirmahmud Mirəlioğlu kimi Azərbaycan üçün çalışmış insanın ətrafında birləşsin”.

OXŞAR XƏBƏRLƏR