Əli Kərimli və Azadlıq qəzeti məhkəməyə verildi

SİYASƏT
16:07 27.05.2015
1242

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının təşkilati məsələlələr şöbəsinin sabiq müdiri Ağaşirin Tanrıverdioğlu partiya rəhbərliyini və "Azadlıq" qəzetiniməhkəməyə verib.

A.Tanrıverdioğlu "Report"a açıqlamasında iddia ərizələrini1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə təqdim etdiyini bildirib.

O, AXCP rəhbərliyini və qəzetiməhkəməyə verməsinin səbəblərini də açıqlayıb: "Ömrümün 26 ilini AXCP-yə həsr etmişəm. Amma bunlar məni qanunsuz olaraq partiyadan xaric ediblər. Partiya rəhbərliyini məhkəməyə vermişəm ki, onlar məndən üzr istəsin. Ya da156 min dollar məbləğində təzminat ödəməlidirlər. "Azadlıq" qəzetindən də təzminat tələb edirəm. Çünki həmişə bu qəzetə dəstək olmuşam, ianələr vermişəm. Amma bunlar mən partiyadan çıxarılandan sonra mövqeyimi dərc etməyiblər. Ona görə ki, qəzet AXCP sədri Əli Kərimliyə xidmət edir".

AXCP rəhbərliyi məsələyə münasibət bildirməkdən imtina edib.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının sonuncu müşavirəsində Ağaşirin Tanrıverdioğlunun fəaliyyətinə baxılıb və onun partiyadan xaric edilməsi barədə qərar qəbul olunub.

OXŞAR XƏBƏRLƏR