Əli Kərimlinin avtomobilinin qiyməti neçiyədir? AXCP sədri Əli Kərimli “Azadlıq” radiosunun “İşdən sonra” verilişinin qonağı olub.
AZXEBER.COM-un məlumatına görə, dinləyicilərdən biri Əli Kərimliyə olduqca sərt sual ünvanlayıb: “Əli Kərimlinin danışığı mənə diktatorların, Mussolinin danışığını xatırladır. Sualım isə belədir: Əli Kərimli indi sürdüyü “Mazda SX 9” avtomobilini kimin dəstəyi ilə alıb?” AXCP sədrinin suala cavabı belə olub: “Mənim 14 il ərzində - 1998-2012-ci illərdə "Nissan Maxima" avtomobilim olub. Onu partiya üzvlərimizdən biri, yaxın dostum idarə edib. Həm də Mən 10 il millət vəkili olmuşam, siyasi partiyaya rəhbərlik edirəm. Hazırda sahibi olduğum maşını isə cəbhəci dostlarımın köməyi ilə almışam. Mənim adi vətəndaşlarla müqayisədə daha çox dostum, qohumum var. Məni dəstəkləyən insanlar da var. Bir daha qeyd edirəm ki, avtomobili vaxtilə kömək etdiyim insanlar cəbhəçi dostlarımın yardımıyla almışam.
Əli Kərimli həmin şəxslərin adını açıqlamayıb.
Qeyd edək ki, AXCP sədrinin hazırda sahibi olduğu “Mazda CX 9” avtomobilinin 2013-il buraxılışının qiyməti 54 min manatdır.