"Əli Kərimlinin bir Kəmaləsi var..." - Partiya sədrindən ağır sözlər

SİYASƏT
14:45 19.04.2014
2470
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev növbəti dəfə qəzəblənib.
AZXEBER.COM xəbər verir ki, partiya sədri bu dəfə AXCP sədrini kəskin ittiham edib. Elşən Musayev Əli Kərimlini debata çağırıb:
AXCP sədri Əli Kərimli əvvəllər sosial şəbəkələrdə məni qadınlar vasitəsilə söydürərdi. (Məsələn, onun bir Kəmaləsi var, bu ölkədə söyüş leksikonunu ondan gözəl mənimsəyən yoxdur!!)İndi də "Azadlıq" qəzetində mənim əleyhimə yazı yazdırmaq üçün deyəsən "gədə" ştatı açıb. Qulları, kamikadzeləri, zombiləri, "sıqan"ları, itləri üstümə hürdürür!Halbuki, 100 yox, 101 dəfə demişəm və bu gün də deyirəm ki, mənim təmsil olunduğum iqtidar meydanında, bizə simpatiyası olan media qurumlarında deyil, məhz AXCP sədrinin evi və məkanı olan "Azadlıq" radiosunda və eyni adlı qəzetdə Əli Kərimli ilə üzbəüz debata hazıram...!Cəsarəti, təpəri çatırsa gəlsin, ürəyi istəyən vaxt, ürəyi istəyən məkanda mən hazır!Yox əgər çatmırsa, o zaman cücə-mücəyə urcah eləməsin məni..., Allah xətrinə....

OXŞAR XƏBƏRLƏR