Yaponiya ilə Çin arasında artan siyasi gərginlik "panda diplomatiyası”na da sirayət edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tokyodakı Ueno zooparkında yaşayan nəhəng panda əkizləri Xiao Xiao və Lei Leinin 2026-cı ilin fevral ayında Çinə geri göndəriləcəyi rəsmən açıqlanıb.
Plan həyata keçərsə, Yaponiya onilliklər sonra ilk dəfə ölkədə heç bir nəhəng pandanın olmadığı dövrə qədəm qoyacaq.
Qeyd edək ki, Xiao Xiao və Lei Lei 2021-ci ildə Tokyoda doğulan panda əkizləridir.
Nəhəng pandalar həmişə Çinə məxsus hesab olunur və digər ölkələrə yalnız müvəqqəti "icarə” prinsipi ilə göndərilir. Lakin son vaxtlar Pekin–Tokyo münasibətlərindəki gərginlik bu praktikanın gələcəyini qeyri-müəyyən vəziyyətə salıb.
Mütəxəssislər bildirirlər ki, hazırkı siyasi atmosfer fonunda Çin Yaponiyaya yenidən panda göndərməyə müsbət yanaşmaya bilər.
Gülay










































