Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Həsən Kərimov vəfat edib.
Məlumata görə, ürək xəstəliyindən əziyyət çəkən H.Kərimov bu gün dünyasını dəyişib.
Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı AzNews.az-a açıqlamasında H.Kərimovun ölümünün partiya üçün böyük itki olduğunu bildirib: “Həsən Kərimov 3 dəfə infarkt, iki dəfə isə ürəyindən əməliyyat olunub. Xəstə idi. Biz də indi eşitdik. Hazırda oraya gedirik”.
Allah rəhmət eləsin!