Əli Kərimlinin saxtakarlığını ifşa edən səs yazısı yayıldı - AUDİO

Əli Kərimlinin saxtakarlığını ifşa edən səs yazısı yayıldı - AUDİO
SİYASƏT
13:46 22.09.2020
728
AXCP sədri Əli Kərimlinin saxtakarlığını ifşa edən səs yazısı yayılıb.
 
AZXEBER.COM xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan səs yazısı Ə.Kərimlinin sədri olduğu partiyanı hansı prinsiplərlə idarə etdiyini bir daha göstərir.
 
Belə ki, 1995-ci ildən AXCP-nin üzvü, 2015-ci ildən isə partiyanın Nəzarət Təftiş Komissiyasının sədri seçilmiş Aydın Əliyev haqq sözünü dediyi üçün sıxışdırılıb və heç bir rəsmiyyət olmadan vəzifəsindən qovulub.
 
Aydın Əliyev haqqını tələb etməyə başlayanda Əli Kərimli saxtakarlığa əl atıb. Partiyanın digər üzvü olan İradə Nərimana tapşırılıb ki, Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta sənədlər hazırlansın. 
 
Beləliklə, AXCP-dəki özbaşınalığa etiraz edən Aydın Əliyev saxta arayış əsasında postundan kənarlaşdırılıb.


OXŞAR XƏBƏRLƏR