Türkiyənin Radio və Televiziya Yayım Qurumu (Radyo ve Televizyon Üst Kurulu) ölkə baş verən uğursuz dövlət çevrlişindən sonra bəzi kanallar və radioları bağlayacaq.
AZXEBER.COM"Anadolu" agentliyinə istinadən xəbər verir ki,bağlanan kanallar ABŞ-da yaşayan türk ilahiyyətçi Fətullah Gülənin hərəkəti ilə bağlı olan yayım qurumlarıdır
Qeyd edək ki, Tükiyə hökuməti baş verən dövlət çevrilişi cəhdinin Fətullah Gülənin adamları tərəfindən edildiyini bildirir.
Kanalların siyahısını təqdim edir:
"STV, Samanyolu Haber, Samanyolu Haber Radyo, Can Erzincan TV, Kanal 124, Yumurcak TV, Hira TV, MC TV, Dünya TV, Kanal Türk, Bugün TV, Mehtap TV, Berfin FM, Kanal Türk Radyo, Burç FM, Samanyolu Haber Radyosu, Radyo Mehtap, Haber Radyo Ege, Dünya Radyo, Radyo Küre, Merkür TV, Esra Radyo, Tuna Shoping TV, Samanyolu Haber Radyo Anadolu."
AZXEBER.COM-un məlumatına görə, bu siyahıda adıçəkilən kanallardan biri olan "Can Erzincan TV" Azərbaycan dövlətinə və hakimiyyətinə radikal mövqeyi ilə tanınır.
Belə ki, bir müddət öncə bu kanalda "Azərbaycan saatı" verilişi yayımlanırdı və AXCP sədri Əli Kərimliyə dəfələrlə bu telekanalın efirində yer verilmişdi. RTÜK-ün bugünkü iclasından sonra bu telekanların yayımı dayandırılıb.