Əli Kərimliyə növbəti şok: Fuad Qəhrəmanlıdan sonra o da istefa verdi

Əli Kərimliyə növbəti şok: Fuad Qəhrəmanlıdan sonra o da istefa verdi
SİYASƏT
12:37 26.09.2019
4819
Tanınmış hüquqşünas, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Ənnağı Hacıbəyli AXCP ilə yollarını ayırdığını bəyan edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə hüquqşünas özünün Feysbuk səhifəsində yazıb.

Ə.Hacıbəyli son günlər AXCP üzvləri tərəfindən təhqir edildiyini bildirib:

"1998-ci ildən vətəndaş cəmiyyəti sektorunda fəaliyyət göstərirəm. Elədiklərim barədə heç nə deməyəcəm. Bilən bilir, bilmək istəməyənlərə isə nəsə demək mənasızdır. İşim, mövqeyim və qardaşlarıma görə çoxları məni cəbhəçi sayıb. Xeyli dərəcədə haqlıdırlar, çünki cəbhəçilik təkcə AXCP üzvü olmaq deyil, həm də müxalif düşüncənin, haqq-ədalət yandaşlığının, əqidəli, ləyaqətli olmağın sinonimidir.

2013-cü ilin prezident seçkilərində Milli Şuranın rəhbər orqanının fəal üzvü kimi hər şey gözlərim qarşısında baş verirdi. İctimai Palatada (KŞ-nin üzvü olmuşam), sonra isə prezident seçkilərində müşahidələrim məni xeyli məyus elədi. Seçkinin nəticələri ilə bağlı bir analitik yazı yazdım, səhvləri, nə etmək gərək olduğunu göstərdim. Müsavatçılardan bir neçə nəfər onların xoşuna gəlməyən adi tənqidi bir cümləyə görə məni təhqir elədilər. Amma heç kəs mənə satqın və yaltaq demədi. Amma Fuad bəy (Qəhrəmanlı-red.) olayı ilə bağlı fikrimə görə, cəbhəçilər məni satqın və yaltaq adlandırdı. Status ilə müzakirə açan dostumuz Namizəd bəy (Namizəd Səfərov nəzərdə tutulur - red.) nəinki susdu, hətta təhqiramiz rəylərin əksəriyyətini bəyəndi.

2013-cü ilin dekabrından bu ilin mayınadək 6 il Baş Prokurorluğun Ağır cinayətlər İdarəsi mənim və təmsil etdiyim təşkilat barədə cinayət işi olmadan istintaq apardı. Təkrar-təkrar yoxlamalara, ekspert rəylərinə və s. baxmayaraq əsas tapıb mənə ittiham elan edə bilmədi, amma cəbhə rəhbərliyinin ruporu İlham Hüseyn mənə qrant yeyib susan, ağzını skoçlayan ittihamı verdi.

Zərdabdan Avropayadək uzanan ekspertlər mənə ad qoydular, məni, nəslimi, mövqeyimi dəqiq tanıyan və bilən Əli Kərimli onunla kifayətləndi ki, başqasını nahaqdan, xorla təhqir edən adamlara trol demək olmaz. Trol definisiyasına sığmayan adamların isə başqalarının təhqiramiz olmayan fikrinə təhqirlə cavab verməsinə normal baxmaq olar, eləmi? AXCP NTK-ya müraciət etməyi tövsiyə edən sədr bilmirmi ki, o rəyləri yazanlar içərisində həmin o NTK üzvləri də var.

İndi "cib" müxalifətinə çevrilmiş partiya başqanları və üzvlərinin bizi təhqir etməsinə cavab versəm də, onları ciddi qəbul etməmişəm. Amma ciddi müxalifət partiyaları, əqidə yaxınlığımız olan adamların belə münasibəti üzücü oldu və münasibətlərimiz barədə düşünməyə əsas verir. Hətta tənqidçilər arasında trol, fürsətcil, satqınlar olsa belə, hamıya it sürüsü demək cəbhəyə nə qazandıra bilər? Bu düşüncəyə şərik olmaq adama ağır gəlir.

Ya səhvlərimizi etiraf etməliyik, ya da kiminlə müttəfiq olmağımız barədə düşünməliyik. Bu, bəzilərinin anladığı cəbhə dəyişmək deyil, sadəcə, döyüşə getdiyin adamlara inam və etibar məsələsidir, qarşılıqlı hörmət və səmimiyyət məsələsidir. Kimlərsə məni, xoşlamadığı adamları itirməyi mənasız itki saya bilər, amma hakimiyyət uğrunda mübarizə hər bir səs uğrunda mübarizə deməkdir.

Sonda bir qənaətimi də deyim: bütün bunlar onu göstərdi ki, Azərbaycanda sistem müxalifəti yoxdur, müxalifət sistemi var.

P.S. Çalışacam heç kimə cavab verməyim. Bu yazı cavab üçün deyil, düşünmək üçündür. Ləyaqətli mübarizə aparan bütün şərəfli insanlara uğurlar".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu