Əli Kərimliyə qarşı şantaj ittihamı

SİYASƏT
13:20 16.08.2014
1191
Deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat” qəzetinə müsahibə verib. O, öz müsahibəsində şəxsi həyatla şantajdan danışıb və bildirib ki, Azərbaycana bu təcrübəni müxalifət liderlərindən biri 1993-cü ildə gətirib. Qeyd edib ki, həmin müxalifət lideri biri qadın olmaqla, iki nəfərin səsini yazdıraraq şantaj edib.

Məsələ ilə bağlı “Qafqazinfo” araşdırma aparıb və məlum olub ki, İ. Ağazadə müxalifət lideri deyərkən AXCP sədri Əli Kərimlini nəzərdə tutur. Belə ki, 1993-cü ilin sonlarında AXC sədrinin müavini olan Ə. Kərimlinin təşkilatçılığı ilə o zaman partiyanın İcraiyyə Komitəsinin sədri olan İbrahim İbrahimlinin gizli səsi yazılıb. Səs yazısını isə jurnalist Natella Asena həyata keçirib. Sonradan bu səs yazısı ilə İ. İbrahimli şantaj edilib. Uzun müddət davam edən daxili qarşıdurma və şantajlardan sonra İ. İbrahimli 1995-ci ildə təşkilatı tərk etmək məcburiyyətində qalıb.

OXŞAR XƏBƏRLƏR