Əli Mirəliyev coşdu: “Səməd Səmədova “Xalq artisti” adı verilməsi musiqimiz üçün qara ləkədir”

Əli Mirəliyev coşdu: “Səməd Səmədova “Xalq artisti” adı verilməsi musiqimiz üçün qara ləkədir”
ŞOU-BİZNES
16:29 13.09.2011
2599

Müğənni Səməd Səmədovun “Xalq artisti” adına layiq görülməsi cəmiyyətdə böyük ictimayi təpki doğurub. Əksəriyyət sual edir: “Azərbaycanın dövlət himinin sözlərini, müəlliflərinin adını belə bilməyən biri necə “Xalq artisti” adı ala bilər?”.

Onun bir çox həmkarları da bunu düzgün saymırlar. Müğənni Əli Mirəliyev “24saat.az”a deyib ki, Səmədovun bu fəxri ada layiq görülməsi Azərbaycan musiqisi üçün qara ləkədir: “Mən Mədəniyyət və Turizim Nazirliyinə, cənab nazirə şəxsən “təşşəkür” edirəm ki, ömrünü musiqi sənətinin inkişafına həsr etmiş, yaşları 80-ni haqlamış Süleyman Abdullayev, Nazim Ağayev qala-qala, Səməd Səmədova “Xalq artisti” adı verdi. Yəqin ki, yaxşı “görüm-baxım” edib. Amma bir papaqlarını qabalarına qoyub fikirləşsinlər ki, Səməd kimilər belə adlar aldıqca Azərbaycan musiqisinin axırı necə olacaq”.

Ə.Mirəliyev əlavə edib ki, S.Səmədovun musiqi sənətindən xəbəri yoxdur: “Səməd Səmədovun Azərbaycanın himnini bilməməsi təbiidir. Çünki Azərbaycan musiqisi ona yaddır. Səmədin anası onun beşiyi başında lay-lay deməyib. Ümumiyyətlə bu adam musiqi nədir bilmir. Adamı ən çox yandıran isə onun bu adı alması üçün təqdimat verənlərin hərəkətidir. Bir nazir ki, Azərbaycan musiqisini bilmir, kimin sənətçi, kimin qoyunotaran olduğunu aydınlaşdıra bilmir, onun nə haqqı var bu vəzifədə oturmağa. Hesab edirəm ki, Səməd Səmədova “Xalq artisti” adı verilməsi bizim musiqimiz üçün qara ləkədir”.
OXŞAR XƏBƏRLƏR