Əli Mirəliyev jurnalisti təhqir edib, studiyanı tərk etdi - VİDEO

MAQAZİN
14:55 21.04.2014
16763
Space TV-də yayımlanan "Günaydın" verilişində növbəti dəfə qalmaqal yaşanıb.
AZXEBER.COM xəbər verir ki, verilişdə qonaq olan müğənni Əli Mirəliyev ilə jurnalist Şahin Cavadsoy söz davasına çıxıblar.
Buna səbəb Əli Mirəliyevin mərhum müğənni Məmmədbağır Bağırzadəni ara müğənnisi adlandırması olub. Jurnalistin bu sözə etiraz etməsi Əli Mirəliyevi özündən çıxarıb. O Şahin Cavadsoyu "ara jurnalisti" adlandırıb və verilişi tərk edib. Ancaq bir neçə saniyədən sonra yenidən verilişə qayıdıb. 
Verilişdə qonaq qismində iştirak edən Şəbnəm Tapdıq isə televiziyaları ucuz reytinq arxasınca getməkdə suçlayıb.
Verilişdən həmin görüntüləri təqdim edirik:
OXŞAR XƏBƏRLƏR