Əli Mirəliyev xəstəxanalıq oldu - "Ayağım armaturla pilləkan arasında sıxılıb qaldı"

Əli Mirəliyev xəstəxanalıq oldu - "Ayağım armaturla pilləkan arasında sıxılıb qaldı"
MAQAZİN
18:47 05.10.2018
7645
Tanınmış müğənni Əli Mirəliyevin başına iş gəlib. Sənətçi xəstəxanalıq olub.

AZXEBER.COM xəbər verir ki, yenicag.az-a açıqlama verən Ə.Mirəliyev Mərdəkandakı bağında işləyərkən xəsarət aldığını bildirib:

"Bağda işləyirdim, ayağım armaturla pilləkan arasında sıxılıb qaldı. Evdəkilər xəbər tutdu, tez həkimə çatdırdılar. Sağ olsun həkimlər yardım etdi, iynə vurdular, ağrılardan ölürdüm. İndi yaxşıyam, axsaya-axsaya yeriyirəm".

Qeyd edək ki, bu gün Əli Mirəliyev ARB TV-də aparıcısı olduğu "Səhər-Səhər" verilişində iştirak etməyib.
OXŞAR XƏBƏRLƏR