Əlilliyi olan şəxslər üçün növbəti master-klas keçirilib

Əlilliyi olan şəxslər üçün növbəti master-klas keçirilib
SOSİAL
15:33 19.08.2026
175
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Respublika Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslər üçün növbəti tədbir təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin reabilitasiya prosesini yaradıcı fəaliyyətlər vasitəsilə dəstəkləmək, onların incə motorika bacarıqlarının bərpasına kömək etmək və sosiallaşmasını təmin etməkdir.

Qeyd edək ki, Respublika Reabilitasiya Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə kompleks şəkildə tibbi, sosial-psixoloji və icma əsaslı reabilitasiya xidmətləri göstərilir. Mərkəzdə bu kateqoriyadan olan şəxslərin cəmiyyətə adaptasiyası və reabilitasiya imkanlarının genişləndirilməsi istiqamətində iş aparılır.
OXŞAR XƏBƏRLƏR