Əlilliyin qiymətləndirilməsi ilə bağlı - Qayda dəyişir

Əlilliyin qiymətləndirilməsi ilə bağlı - Qayda dəyişir
SOSİAL
10:18 06.10.2025
137
"Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edilir.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar imzalayıb.

Dəyişikliyə əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.
OXŞAR XƏBƏRLƏR