Elina Hacıyevanın anasının müdafiəsinə üç vəkil qoşulub

Elina Hacıyevanın anasının müdafiəsinə üç vəkil qoşulub
SOSİAL
23:07 23.04.2019
9088
Bakıda 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynovanın müdafiəsinə vəkillər qoşulub.

AZXEBER.COM-un məlumatına görə, bu barədə "Report"a S.Hüseynova məlumat verib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bu işlə bağlı onunla görüşüb. O, ictimaiyyətə müraciət edib : "Hörmətli media nümayəndələri və qızım Elinanın faciəsinə biganə qalmayan həmvətənlərim!


Elektron portallarda və sosial şəbəkələrdə qızımın vəfatı ilə bağlı aparılan cinayət işində Elinanın maraqlarının qorunması məqsədilə vəkil üçün pula ehtiyacımın olduğu barədə müraciətlər yayımlanıb və hazırda da yayımlanmaqda davam edir. Müraciət yayımlanandan dərhal sonra mənə Vəkillər Kollegiyasının sədri Anar Bağırov zəng etdi. Anar müəllim mənə başsağlığı verərək Elinanın vəfatının böyük vəkil ailəsində dərin iz buraxdığını bildirdi. Həmçinin Anar müəllim dedi ki, vəkil üçün yardım toplamağa ehtiyac yoxdur, Vəkillər Kollegiyası öz təşəbbüsü ilə ödənişsiz əsaslarla bilavasitə mənim hüquqlarımın müdafiəsini üzərinə götürəcək. Bundan başqa, Anar müəllim məni Kollegiyanın binasına dəvət etdi. 

Bu gün mən Kollegiyaya gedərək onunla görüşdüm. Görüşdə Anar müəllim mənə bir daha dərin hüznlə baş sağlığı verərək məni cinayət işində hüquqlarımı müdafiə edəcək vəkillər - Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayevlə tanış etdi. Sədr söz verdi ki, hüquqlarımın müdafiəsi bilavasitə onun nəzarəti altında aparılacaq. O vurğuladı ki, hüquqlarımın müdafiəsini peşəkar, vicdanlı və bizim üzləşdiyimiz faciəyə ürək yanğısı ilə yanaşan vəkillərə həvalə edir".

S.Hüseynova deyib ki, VK tərəfindən tamamilə ödənişsiz olaraq 3 vəkil ilə təmin edildiyindən vəkil üçün pul yığmaq məcburiyyətindən azad olub: "Ona görə bildirirəm ki, bu məqsəd üçün nə mən, nə də ki, ailəm pul yığmır. Əgər kimsə bizim adımızdan pul yığıldığını bildirsə, bilin ki, bu yalandır və mənim vəziyyətimdən sui-istifadədən başqa bir şey deyil. Onu da qeyd edim ki, həmçinin indiyə qədər də göstərilən səbəbdən kimdənsə pul almamışam. Başda Anar Bağırov olmaqla dərdimizə biganə qalmayan bütün həmvətənlərimə dərin minnətdarlığımı bildirirəm".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
17:51 17.07.2026
Dəniz sahilini zibilləyən kimlərdir? – Məsuliyyət kimdədir?
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
17:49 17.07.2026
Zelenski: Rusiya ötən gecə 130-dan çox zərbə dronu ilə Ukraynaya hücum edib
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
17:41 17.07.2026
Azərbaycanda iş qəzaları ən çox hansı sahələrdə baş verir? – ARAŞDIRMA
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
17:34 17.07.2026
Bu il aliment ödəyən qadınların sayı açıqlandı
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
17:23 17.07.2026
II cəhd imtahanlarının nəticələri - 4 nəfər 400 bal topladı
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
17:15 17.07.2026
Belçikada isti hava can aldı: Ölənlərin sayı 2 mini keçdi
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
17:04 17.07.2026
“Qarabağ ilə bağlı ən böyük arzum reallaşdı” - Seyran Səxavət ilə müsahibə
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
16:56 17.07.2026
Valideynlərin diqqətinə - Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
16:54 17.07.2026
Abituriyentlər valideynlərini belə aldadır: Süni intellektlə ballarını artırırlar
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
16:27 17.07.2026
Bakıda bir ayda 372 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
16:22 17.07.2026
Qurban Qurbanovdan gözlənilməz QƏRAR
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
16:10 17.07.2026
Yas mərasimlərində qida zəhərlənmələri: Mütəxəssisdən ciddi xəbərdarlıq
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
15:57 17.07.2026
Qarabağda həyat yenidən canlanır: Böyük Qayıdışla bağlı son rəqəmlər
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
15:52 17.07.2026
Sükan arxasında yuxulayan sürücü və xanımı həlak oldu - VİDEO
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
15:34 17.07.2026
Avtobusda niyə əks istiqamətdə oturmaq istəmirik? – Səbəbi sizi təəccübləndirəcək
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb
15:32 17.07.2026
Lavrov vurulan AZAL təyyarəsindən danışdı: Məsələ həllini tapıb