"Əlindən tutub şouya gətirdiyim şəxs, məni arxadan vurdu" - İlqar Mikayıloğlu

"Əlindən tutub şouya gətirdiyim şəxs, məni arxadan vurdu" - İlqar Mikayıloğlu
MAQAZİN
23:09 14.10.2017
10481

Tanınmış aparıcı İlqar Mikayıloğlunun "Maşın" şoudan müğənni Xatuntərəfindən gözlənilmədən uzaqlaşdırılması birmənalı qarşılanmadı. Sosial şəbəkələrdə gün ərzində Xatuna iradlarını bildirən izləyicilər müğənninin düzgün addım atmadığını deyiblər.

İlqar Mikayıloğlu şouda baş verənlərlə bağlı fikirlərinibölüşüb. 

-İlqar, Xatunla sənin gedəcəyini əvvəlcədən razılaşdırmışdınız?

-Öncə deyim ki, Xatunla bizim əvvəldən yaxşı münasibətimiz olub. Onun həyat yoldaşım Zülfiyyə xanımla da isti münasibətləri var. Fikir verdinizsə, verilişdə iştirakçılar təqdim olunanda da biz səhnəyə bir çıxdıq. Bir sözlə, Xatunun əlindən tutub şouya gətirdim. Ona həmişə deyirdim ki, səninlə işim yoxdur. Verilişdən bir gün əvvəl mənə yaxınlaşdı və dedi ki, çıx səsverməyə və məni uzaqlaşdır. Amma ona dedim ki, mənim sənə əlim qalxmaz. O, "Səni çıxarsam inciməzsən ki?" deyə müraciət etdi. Bunu zarafat kimi qəbul elədim və dedim ki, "Yox, çıx oyununu oyna". Mən nəzərdə tuturdum ki, hədəfini əvvəlcədən açıqla və rəqibin üzərində kişi kimi qələbə qazan. Amma o, sona qədər hədəfi açıqlamamaqla haqsızlıq etdi. Bu, mənə qarşı yox, məni verilişdə dəstəkləyən tamaşaçılara, dostlarıma və Xatuna qarşı göstərdiyim münasibətə hörmətsizlik idi. Xatun mənim rəqibim deyil, adımı açıqlasaydı, sona qədər getsin deyənlər çox olacaqdı. O, bunu gözəl bildiyinə görə, məni arxadan vurdu. Əlindən tutub şouya gətirdiyim Xatun məni arxadan vurub yola saldı. Bu gün şərhləri oxuyurdum. Bir izləyicinin şərhi məni yenidən özümə  qaytardı. Yazmışdı ki, "İlqarın gediş anında simasından bu sözləri oxudum. İndi əlimdə bir Kalaşnikov olardı, hamınızı qırıb gedərdim". Bütün izləyicilərimə təşəkkür edirəm. Haqsızlıq  üzündən onlara mübarizədə şans yarada bilmədim.

-Özünüzə başlıca rəqib kimi görürdünüz?

-Mənim üçün rəqib anlayışı ancaq finalda ola bilərdi. İstənilən şəxslə səsvermədə yarışa bilərdim. Mən sms-in yox, gücün həll etdiyi mərhələdə rəqib axtarardım. Amma mənə finalda Vüqar Əbilov, Mehriban Xanlarova və Vüsalə Kərimova ilə mübarizə maraqlı olardı. Mən müharibə görmüş bir adam kimi, onlarla fiziki yox, psixoloji rəqabət aparacaqdım. Güc yox, konsentrasiya əsasdır.

-Samirə Yusifqızı verilişdə hər şeyi Murad Dadaşovun həll etdiyini iddia edir. Bunu hiss etmisinizmi?

 

-Heç vaxt. Əksinə mən şoudan gedəndə Muradın təəccüblü baxışları, onun hələ də hadisənin şokunda olduğunu göstərirdi. Murad bunun bir oyun olduğunu həmişə deyib və hakim kimi qərəzsiz və bitərəf olub. Açığı deyim qalmaqallar zamanı  mən oyunçuları deyil, Muradı izləyirdm. İstənilən halda Murad ustalıqla vəziyyətə nəzarəti ələ alırdı. Başqa aparıcı olsa, orada bəlkə də saçyoldu və əlbayaxa dava düşərdi. "Maşın şou" Murad Dadaşova görə tanınıb və sevilir.

-Bəs siz səsvermədə qalib olsaydınız kimi çıxarardınız? 

-Talıb Taleni. İzah edim. Mən heçbir qruplaşmada olmadığıma görə, hər iki tərəf planlarını rahat şəkildə mənə deyirdi. Maraqlıdır ki, Talıb hər iki qruplaşmada var idi. Bir sözlə Ştirlitslik edirdi. Amma kimin tərəfində olduğu da bilinmirdi.

-Qalib qismində kimi görürsünüz?

-Mən üçlükdə Vüqar Əbilovu, Mehriban Xanlarovanı və Toppuş bacını (Tünzalə Əliyeva) görürəm.

///oxu.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
15:47 19.06.2026
Tramp: “Mən olmasaydım, İsrail yerlə-yeksan olardı”
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
15:19 19.06.2026
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
15:10 19.06.2026
Prezidentdən məktəbəqədər təhsillə bağlı FƏRMAN
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
15:03 19.06.2026
Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar - Siyahı
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
14:59 19.06.2026
TuranBank-ın İH Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
14:44 19.06.2026
Lerikdə "Uşaqlar üçün Konstitusiya" layihəsi çərçivəsində maarifləndirici tədbir keçirildi - FOTO
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
14:33 19.06.2026
Lissabonda səfirliyimiz təsis ediləcək - Sərəncam
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
14:21 19.06.2026
Zaur Mikayılov Zaqatala rayonunda vətəndaşlarla görüşdü
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
14:19 19.06.2026
Qurbanov Yankoviçlə bağlı qərarını verdi
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
14:15 19.06.2026
"Park Yasamal"da hər ehtiyaca uyğun mənzillər: hazır və tikintisi davam edən binalarda satışlar davam edir!
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
14:09 19.06.2026
Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
13:53 19.06.2026
"Taksilərə 2-3 dəqiqəlik şərait yaradılsın" - Deputatdan təklif
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
13:38 19.06.2026
"AzParking"də texniki problem yarananda sürücülər nə etməlidir?
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
13:37 19.06.2026
Azərbaycan banklar vətəndaşlara faizsiz pul verə bilər - AÇIQLAMA
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
13:34 19.06.2026
Astroloqlardan xoş xəbər: Bu bürclər həftəsonu daha çox qazanacaq
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim
13:28 19.06.2026
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim