Azərbaycanlı müğənniyə Dubayda ev hədiyyə etdilər - VİDEO

Azərbaycanlı müğənniyə Dubayda ev hədiyyə etdilər - VİDEO
MAQAZİN
11:06 14.01.2026
791
"Dubayda 60 min manat xərcləyib özümə doğum günü etdim. Orada mənə 2 otaqlı ev bağışladılar".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Elit star Cəmilə deyib.
 
Sənətçi bildirib ki, bundan əlavə ona doğum gününə özəl qızıl-zinət əşyaları da bağışlanıb:
 
"Dubaydakı pərəstişkarlarım məni ora dəvət etdilər. Hətta mənə bahalı bir kompleksdə 2 otaqlı ev hədiyyə etmək istədilər. Orada da evlər 2 milyondan başlayır. Amma gedib orada yaşamaq şərti ilə. Yəni onu nə sata, nə dəyişə bilmərəm. Dedilər gəl burda, bu evdə nə qədər istəyirsən yaşa. Təbii ki, mənim işim-gücüm burdadır, qoyub gələ bilmərəm. Amma danışdıq ki, nə vaxt Dubaya getsəm, o evdə qalacağam. Mən də orda 2-3 gündən artıq qala bilmirəm. Bundan əlavə qızıl-zinət əşyaları bağışladılar. Onlar da çox dəyərlidir. 2 əddəddir, qiyməti hardasa 50 min manatdır".
 
Aysel

OXŞAR XƏBƏRLƏR