""Elit Academy” təhsil şirkətinin 60-a yaxın abituriyentə Türkiyə universitetlərində təhsil almaq vəd edib aldatması ilə bağlı yayılan məlumatlar həqiqəti əks edirmir”
AZXEBER.COM xəbər verir ki, son günlər sosial şəbəkələrdə haqqında müxtəlif iddialar səslənən "Elit Academy” təhsilı şirkəti ictimaiyyətin bəzi media quruluşları tərəfindən yalnış məlumatlandırıldığını bildirərək, sözügedən iddialarla bağlı açıqlama yayınmayıb.
Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən verilən açıqlamaya görə, 60 nəfər tələbənin aldadılması və bu yöndə çıxan xəbərlər şirkətin fəaliyyətinə kölgə salmağa hesablanıb. Açıqlamada deyilir:
""Elit Academy” şirkəti 2012-ci ildən fəaliyyət göstərir. Şirkətin Azərbaycan başda olmaqla İraq , İran, Gürcüstan , Özbəkistan kimi ölkələrdə ofisləri fəaliyyət göstərir. Şirkətimizin beynəlxalq təhsil sahəsində göstərdiyi xidmətin nəticəsində 2017-ci ildə Türkiyə universitetlərinə ümumilikdə 4500 tələbə tərəfimizdən göndərilmişdir. Təkcə bu il Azərbaycandan 220 şəxslə rəsmi müqavilə bağlanmış, onlardan 206-ı Türkiyə universitetlərinə yerləşdirilmişdir. Bunlardan 2 nəfər Bülent Ecevit Universitetinə, 14 nəfər Burdur Universitetinə, 15 nəfər Adnan Menderes Universitetinə, 80 nəfər Çankırı Universitetinə, 26 nəfər Kastamonu Universitetinə, 5 nəfər Ankara Yıldırım Beyazit Universitetinə, 14 nəfər Yeni Yüzyıl Universitetinə, 17 nəfər Karabük Universitetinə, 15 nəfər Giresun Universitetinə, 8 nəfər isə Receb Tayyib Erdoğan Universitetinə qəbul edilmişdir. Bu rəqəmləri açıqlamaqda məqsədimiz, gördüyümüz işin hansı peşəkarlıqda olduğunu ictimaiyyətin diqqətinə çatdırmaq üçündür.
Əziz həmvətənlər, bildiyiniz kimi, hər bir sahədə olduğu kimi xaricdə təhsil işində də fors-major hallar baş verə bilir. Təbii ki, biz müraciət edən şəxslərlə bağladığımız müqavilələri Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun tərtib edir və öncədən valideynlərə, abituriyentlərə müqavilədəki müddəaları xatırladırıq. Sözügedən anlaşmazlıq da məhz müavilədə əks olunan fors-major hadisənin baş verməsindən qaynaqlanıb. Bu anlaşmazdıqdan süi-istifadə edən bəzi şəxslər isə ictimaiyyətə təktərəfli məlumatlar verib şirkətimizin illərdir qoruyub saxladığı işgüzar nüfuzuna zərbə vurur.
Əziz həmvətənlər, sözügedən iddiaya gəldikdə isə bildirmək istəyirik ki, Çanakkale Universiteti 38 tələbəmizi qəbul edəcəyinə dair şirkətimizin baş ofisinə öncədən məlumat vermişdir. Tələbələr yola düşdükdən sonra, universitetdən bizə yer olmadığını bildirdilər. Bu isə yuxarıda qeyd etdiyimiz kimi bizim iradəmizdən asılı olmayan fors-major hal idi. Əməkdaşlarımız bu məlumatdan sonra məsələni operativ dəyərləndirərək universitetə açıq etiraz məktubu göndərdi. Ancaq universitet rəsmiləri məsuliyyətdən boyun qaçıraraq bizim tələblərimizi cavabsız qoydular. Əlimizdə buna dair rəsmi yazışmalar və sənədlər mövcuddur. Buna baxmayaraq, şirkətimiz vəziyyətdən çıxdı və 38 nəfərin 31 nəfərini öz razılıqları ilə Türkiyənin digər universitetlərinə yerləşdirdi. Geri qalan 7 nəfərin ödənişi də hissə-hissə qaytarılır.
Son olaraq Giresun Universitetində də oxşar halla rastlaşıldı. Universitet 32 nəfər tələbənin 15-ni qəbul etdi. Geri qalan 17 nəfərin isə 8 nəfəri Giresuna qonşu şəhər olan Rize Şəhərinə yerləşdirilir və qalan 9 tələbələrə də eyni şəhər təklif olunur. Və çox güman bu uşaqlar da tələbə adını qazanacaq. Görüldüyü kimi, problemi həll edilməyən sadəcə 7 nəfər var.
Təəssüf ki, mediada yayılan xəbərlərdə 60 nəfər narazı insanın olduğu qeyd edilir və həqiqətə uyğun olmayan məlumatlar şişirdilərək yayımlanır. Bizim şirkətimizin ən ümdə cəhdi Azərbaycanın işıqlı gələcəyinə dəstək olmaq, gənc beyinlərin dünya praktikasından daha çox yararlanmasına və ölkəmizə qayıdaraq bir vətəndaş kimi vətənimizə tövhə vermələrinə yardım etməkdir. Bildiyiniz üzrə biz bu işə cəmisi 499 manat dəyər biçmişik. Dələduzluq və bu adda olan bir çox ifadələrin bizlərdən uzaq olduğuna əmin ola bilərsiniz. Çünki heç kim başqalarının bir neçə dəfə baha gördüyü bu işi 499 AZN-lə etməzdi.
Əziz həmvətənlər, sosial şəbəkələrdə yayılan məlum kadrlardakı vətəndaşlarla bağlı bəzi məqamları diqqətinizə çatdırmaq istərdik. İlk növbədə qeyd edək ki, bu kadrlardakı şəxslərin demək olar ki, böyük çoxluğu sözügedən 7 tələbənin yaxınlarıdır. Məlumatınız üçün bildirək ki, biz həmin şəxslərin ödədikləri məbləqləri və Türkiyədəki qonaqlama xərclərini geri ödəməyi təklif etsək də, bu şəxslər bizdən 1000-5000 AZN arası məbləq tələb edir, bu məbləği ödəməyəcəyimiz təqdirdə bizi mediaya yalan məlumatlar verməklə hədələyirlər.
Hətta bəzi şəxslər özlərini tələbənin əmisi, dayısı, xalası kimi təqdim edərək əlavə pul da tələb edirlər. Bu kimi halların qarşısını alınması və ödənişlərin şəffaf şəkildə qaytarılması üçün şirkət rəhbəri müqaviləsi olan şəxslərin pulunun qaytarılacağını artıq açıqlayıb.
Media qurumlarından və digər şəxslərdən məsələyə qərəzli yanaşmamalarını, rəqəmləri və məlumatları şişirtməmələrini, məsələyə şəffaf yanaşmalarını xahiş edirik!