Bakıda güclü partlayış - 2 nəfər öldü, yaralananlar var

Bakıda güclü partlayış - 2 nəfər öldü, yaralananlar var
SOSİAL
16:08 21.05.2018
14592
Bu gün Bakı şəhərinin Binəqədi rayonu ərazisində baş vermiş partlayışda ölənlərin sayı dəqiqləşib.
 
AZXEBER.COM xəbər verir ki, Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Elite" ticarət mərkəzi ilə üzbəüz ərazidə yerləşən kiçik obyektdə qaz sızmasından baş verən partlayış səbəbindən 2 nəfər hadisə yerində ölüb. Hər iki şəxs yanaraq ölüb. Vizual olaraq onların kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili tibbi yardım briqadaları gəlib. Əlavə məlumat veriləcək. 

15:29 

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib. "Elite" ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib. 

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR