Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat alıb

İDMAN
16:30 24.10.2023
216
Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinə təyinat alıb.

Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 26-da keçiriləcək "Baçka Topola” (Serbiya) – "Frayburq” (Almaniya) qarşılaşmasının baş hakimi olacaq. Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Oyunun VAR hakimləri türkiyəli Alper Ulusoy və Abdulkadir Bitigendir.

Qeyd edək ki, matç "TSC Arena”da təşkil olunacaq.
OXŞAR XƏBƏRLƏR