Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
Avropa Liqasının A qrupunda oktyabrın 25-də keçiriləcək "Sürix" (İsveçrə) - "Bayer" (Leverkuzen, Almaniya) oyununu Ağayev idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.
///Komanda.az