FİFA hakimimiz Əliyar Ağayev hazırda davam edən Panatinaikos-PAOK matçını idarə edir.
AZXEBER.COM xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FİFA dərəcəli azərbaycanlı referi Əliyar Ağayev ölkə Super liqasının 22-ci turu çərçivəsində keçirilən Panatinakios – PAOK matçını idarə edir. Matç saat 21:30-da başlayıb.
Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edir.
Xatırladaq ki, o, ötən ilin mart ayında PAOK- Atromitos oyununa təyinat almışdı.