Azərbaycanın FIFA referisi Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasında yoldaşlıq oyununa təyinat alıb.
AZXEBER.COM AFFA-nın saytına istinadən xəbər verir ki, Ağayev sentyabrın 10-da Rostov şəhərində keçiriləcək matçın baş hakimi olacaq. Yan xətt hakimi funksiyasını isə Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcək.