Əliyev, Putin və Ruhani Bakıda görüşür - İLK DƏFƏ

Əliyev, Putin və Ruhani Bakıda görüşür -  İLK DƏFƏ
SİYASƏT
10:26 08.08.2016
1469

Bu gün Azərbaycan, Rusiya və İran prezidentlərinin ilk dəfə Bakıda birgə görüşü baş tutacaq.

Görüşdə ölkələr arası ticari əlaqələr, xüsusilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inşası və Xəzərin statusu ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, artıq İran lideri Həsən Ruhani dünəndən ölkəmizdə rəsmi səfərdədir. Səfərdən öncə verdiyi açıqlamasında Ruhani Azərbaycanla əlaqələrin son illər genişləndiyini, Rusiya ilə əlaqələrin isə strateji məqsəd daşıdığını vurğulamışdı.

Dünən keçirilən prezidentlərin birgə mətbuat-konfransında isə hər iki ölkə lideri vizasız rejimlə bağlı razılıq əldə etdiklərini açıqlamışdılar.

OXŞAR XƏBƏRLƏR