"Əllərini sıxırdı ki, bədəni bədənimə toxunmasın" - Sevinc

"Əllərini sıxırdı ki, bədəni bədənimə toxunmasın" - Sevinc
MAQAZİN
12:48 14.06.2019
3323
"Dalan” filmindəki sevişmə səhnəsi ilə sosial mediada müzakirə edilən aktrisa Sevinc Əliyeva çəkiliş zamanı yaşadıqlarından danışıb.

AZXEBER.COM xəbər verir ki, Axşam.az-ın suallarını cavablandıran sənətçi ekran işində dublyorun oynamasına icazə vermədiyini deyib:

"Sevişmə səhnəsinə çəkilməyim problem yaratmadı. Düzü, filmin çıxmasından çox qorxurdum. Əslində, böyük bir şey yox idi. Sadəcə, çox şişirildi. Təqdimatın səhəri günü dedim ki, interneti bağlayacam, amma gözlədiyim pis reaksiyanı görmədim. Bəlkə də, rəyləri oxumamışam, bu, ona görə olub. Orada elə də açıq-saçıq səhnələr yox idi. Bütün etik qaydalar qorunmuşdu. Filmin məzmununda xəyanət olmalı idi, bu, sevişmə səhnəsi olmadan isə mümkünsüz görünürdü.

Çəkilməyə razı olanda demişdilər ki, mənim yerimə dublyor olacaq. Həmin səhnələr isə çox açıq olacaqdı. Əvvəlcə, dedim ki, mənə nə var, dublyor oynasın. Daha sonra anladım ki, əgər yerimə dublyor çəkilsə, o səhnələrdəki qadının özüm olmadığımı sübut edə bilməyəcəm və nəticə daha pis olacaq. Ona görə rejissorla danışıb, özüm çəkilməyə qərar verdim. Düzünü desəm, nə qədər pul verirlərsə, versinlər, orada öpüşmək, soyunmaq varsa, qəbul etmərəm. Bu filmdə isə sevişmək lazımlı idi”.

Əliyeva ekran işindəki partnyoru Ziya Ağanın çətin anlar yaşadığını da söyləyib:

"Sevişmə səhnəsində çox sıxılırdım. Ziyanı stressimlə dondurmuşdum. Çox əziyyət çəkirdi. Əllərini sıxırdı ki, bədəni bədənimə toxunmasın. Həmin səhnə bir dubla çəkilib. Dedim ki, vəssalam, bundan artıq oynaya bilməyəcəm. Onu da deyim ki, Ziya yalnız icazə verdiyim yerlərdən məni öpüb”.

Aktrisa yenidən belə bir səhnədə rol ala biləcəyinin istisna olmadığını da vurğulayıb:

"Bədii tərəfdən yaxşı təqdim edilən bir film olsa, yenə də sevişmə səhnəsinə çəkilərəm. Bəlkə də bu filmdən sonra arxamca danışdılar, amma üzümə heç nə deyən olmadı”.

Sevinc yeni mövsümdən teatr aktrisası kimi tamaşaçıların qarşısına çıxacağını da bildirib:

"Səhnə üçün darıxmışam. Qoy məni teatr aktrisası kimi də tanısınlar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
15:53 04.08.2025
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?