Elm dünyası bu kəşfdən danışır - İsanın uşaqlığının qədim qeydləri ortaya çıxdı

Elm dünyası bu kəşfdən danışır - İsanın uşaqlığının qədim qeydləri ortaya çıxdı
DÜNYA
13:16 12.06.2024
117
Mütəxəssislər iki minillik Misir əlyazmasını deşifrə etdikdən sonra İsanın uşaqlığına aid ən qədim qeydləri aşkar ediblər.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, iki minillik papirusda beş yaşlı İsanın gil göyərçinləri canlı quşlara çevirməsi təsvir edilir.
 
Əl yazısını tədqiq edən tədqiqatçılar hesab edirlər ki, bu, o zaman xristian cəmiyyəti olan 4-cü və ya 5-ci əsrlərdə Misirdə bir məktəbdə və ya dini icmada sinif məşğələsinin bir hissəsi kimi yazılıb.

Papirus indiyə qədər Almaniyanın Hamburq şəhərindəki Dövlət və Universitet Kitabxanasında diqqətdən kənarda qalmışdı.
 
Mütəxəssislər bildiriblər ki, əlyazmaları araşdırarkən papirusla rastlaşıblar və mətndə İsanın adını görüblər.
 
İsanın ilk illəri haqda məlumatların Müqəddəs Kitabdan niyə çıxarıldığı məlum deyil.
 
Həzrəti İsaya məxsus olan qeydlərin bir hissəsini təqdim edirik:
  
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR