Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI - Bu müəllimlər...

Elm və Təhsil Nazirliyi VACİB MƏLUMAT YAYDI - Bu müəllimlər...
SOSİAL
21:29 08.09.2022
1059
Məktəbdə iki fənn üzrə (riyaziyyat-informatika, tarixi-coğrafiya) tədris aparan müəllimlər üçün sertifikasiyasının hansı formada aparılması məsələsinə aydınlıq gətirilib.

AZXEBER.COM-un məlumatına görə, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov "Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib ki, həmin müəllimlərin bir fəndən sertifikasiyası məqbul hesab edilir.

 

Ətraflı
O söyləyib ki, burada müəllimin hansı fənndən daha çox saat dərs dediyi nəzərə alınmalıdır:

 

"Bununla bağlı yerli idarələrdən məlumat alacağıq. Məsələn, müəllim riyaziyyat fənnindən 18 və zəruri ehtiyaca görə informatikadan 2 saat dərs deyirsə, bu zaman sertifikasiyaya riyaziyyat fənni üzrə cəlb etmək daha uyğun olar. Amma saatlar bərabərdirsə və ya fərq o qədər də böyük deyilsə, seçim müəllimin ixtiyarına buraxıla bilər. Ola bilər ki, 5 ildən sonra da gəlib digər fənn üzrə sertifikasiyadan keçər"
 
///report
OXŞAR XƏBƏRLƏR