Elman Abdullayev: “Ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid Ermənistanın təcavüzüdür”

Elman Abdullayev: “Ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdid Ermənistanın təcavüzüdür”
SİYASƏT
12:05 18.05.2013
2171

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Vüsal Qasımlı və Rövşən İbrahimovun Qahirəyə səfəri çərçivəsində Misir hökuməti yanında qərarların qəbul edilməsi və informasiya strateji mərkəzində görüş keçirilib.

Gün.Az xəbər verir ki, mərkəzin sədri Yaser Əli Azərbaycanın əldə etdiyi iqtisadi-siyasi inkişafın böyük maraq doğurduğunu qeyd edərək, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.O, hazırda keçid dövrünü yaşayan Misirin Azərbaycanın bu sahədəki uğurlu təcrübəsinin öyrənilməsində maraqlı olduğunu diqqətə çatdırıb.Görüşdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salaraq müstəqilliyin ilk illərində qarşıya çıxan çətinliklərə, ciddi xarici təhdidlərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bütün təhlükələrə sinə gərdiyini və uğurlu inkişaf yoluna çıxdığını qeyd edib. Azərbaycanın enerji siyasətinin prioritetləri, sosial-siyasi inkişafının əsas göstəriciləri barədə danışan səfir diqqəti Azərbaycan-Misir əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğuna, əlaqələrin daha da gücləndirilməsinin vacibliyinə yönəldib.XİN-in mətbuat katibi Elman Abdullayev Azərbaycanın xarici siyasətin prioritet istiqamətlərinə toxunaraq, hazırda yüksək siyasi-iqtisadi inkişafa nail olan ölkəmizin milli təhlükəsizliyi üçün əsas təhdidin Ermənistanın təcavüzü olduğunu bildirib.O, Azərbaycanın region boyunca iqtisadi inkişafa və çiçəklənməyə dəyərli töhfələr verdiyini və bunun öz bariz təcəssümünü Gürcüstan və Türkiyənin timsalında tapdığını vurğulayıb.Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları Vüsal Qasımlı və Rövşən İbrahimov Azərbaycanın müasir inkişaf modelinin özünəməxsus cəhətlərini açıqlayaraq, neft-qaz sənayesi ilə paralel olaraq qeyri-neft sektorunun inkişaf dinamikasını nəzərə çatdırıb və 2020-ci ilə qədərki dövrü əhatə edən gələcəyə baxış konsepsiyasından danışıb.Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Əl-Əhram strateji və siyasi araşdırmalar mərkəzində də olub və aparıcı elmi tədqiqatçılarla görüşüb.Mərkəzin sədr müavini İdris Məhəmməd və ehtiyatda olan general-mayor Məhəmməd Qədri Azərbaycan və Misirin yerləşdikləri regionda mühüm strateji rol oynadıqlarını qeyd edərək, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə elmi və strateji araşdırmalar aparılmasının vacibliyini gündəmə gətirib.Səfir Ş.Abdullayev regiondakı mövcud vəziyyət və xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi və onun fəsadları barəsində ətraflı məlumat verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
23:57 15.07.2025
İndoneziya ticarət sazişi çərçivəsində ABŞ-dən 15 milyard dollarlıq enerji alacaq
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
23:49 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu saxlanılıb, təfərrüatlar məlum oldu
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
23:37 15.07.2025
Cəlilabadda içməli suyun verilişi bərpa olundu
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
23:16 15.07.2025
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
22:57 15.07.2025
Tramp: ABŞ Ukraynaya uzaqmənzilli raketlər ötürmək niyyətində deyil
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
22:35 15.07.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadılıb
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
22:25 15.07.2025
Tramp: Zelenski Moskvaya zərbə endirmək barədə göstəriş verməməlidir
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
22:07 15.07.2025
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
21:58 15.07.2025
“Neftçi” ekvadorlu futbolçunu transfer etdi
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
21:51 15.07.2025
Cəlilabaddakı meşə yanğınında xəsarət alan şəxs xəstəxanadan evə buraxıldı
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
21:45 15.07.2025
Binəqədi qəsəbəsində fərdi yaşayış evində yanğın oldu
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
21:37 15.07.2025
KİV: Çin Trampın hədələri fonunda Rusiyaya "daha dərin" dəstək vəd edib
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
21:27 15.07.2025
Yekaterinburqdakı Azərbaycan diasporasının rəhbərinin oğlu saxlanıldı
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
21:15 15.07.2025
İlin ilk yarısında Azərbaycanda 162 nəfər qidadan zəhərlənib
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
21:02 15.07.2025
Laçına köç edən analar və onların övladları üçün təlimlər keçirildi
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb
20:56 15.07.2025
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb